Çıxış 7:1—25

  • Yehova Musanı cəsarətləndirir (1—7)

  • Harunun əsası böyük ilana çevrilir (8—13)

  • 1-ci bəla: su qana dönür (14—25)

7  Onda Yehova Musaya dedi: «Səni firon üçün allah etmişəm, qardaşın Harun isə peyğəmbərin olacaq.+  Sən bütün əmrlərimi Haruna söyləyəcəksən, o da firona deyəcək və firon israilliləri ölkəsindən buraxacaq.  Mən isə fironun ürəyini daşa döndərəcəyəm.+ Misirdə çoxlu əlamətlər, möcüzələr göstərəcəyəm.+  Amma firon sizə qulaq asmayacaq. Onda Mən əlimi Misirə qarşı qaldırıb ona ağır cəzalar verərək ordularımı, xalqım İsraili oradan çıxaracağam.+  Əlimi Misirə qarşı qaldırıb israilliləri oradan çıxaranda misirlilər biləcəklər ki, Mən Yehovayam».+  Musa ilə Harun Yehovanın əmrini yerinə yetirdilər. Hər şeyi Onun dediyi kimi etdilər.  Fironla danışanda Musa səksən, Harun isə səksən üç yaşında idi.+  Yehova Musa ilə Haruna dedi:  «Firon “möcüzə göstərin” desə, onda sən Haruna de, əsasını götürüb fironun qabağında yerə atsın. Əsa dönüb böyük ilana çevriləcək».+ 10  Beləcə, Musa ilə Harun fironun hüzuruna gəldilər və Yehovanın əmrini olduğu kimi yerinə yetirdilər. Harun əsanı fironun və onun xidmətçilərinin qabağında yerə atdı, əsa dönüb böyük ilan oldu. 11  Firon da müdrikləri və cadugərləri çağırtdırdı. Misirin kahinləri+ öz sehrləri ilə eyni şeyi etdilər.+ 12  Onlardan hər biri öz əsasını yerə atdı və əsalar dönüb böyük ilanlar oldu. Amma Harunun əsası onların əsasını uddu. 13  Lakin Yehova necə demişdisə, elə də oldu, firon inad eləyib onlara qulaq asmadı.+ 14  Yehova Musaya dedi: «Firon tərslik edib xalqı buraxmır.+ 15  Sən belə elə: sabah səhər firon çaya gedəcək. Sən də ilana döndərdiyin əsanı götürüb Nil çayının qırağına get və orada durub onu gözlə.+ 16  O gələndə de: “Məni ibranilərin Allahı Yehova sənin yanına göndərib.+ O tələb edir ki, xalqını buraxasan, gedib səhrada Ona ibadət etsinlər. Sən isə tabe olmursan. 17  Buna görə də Yehovanın sözü belədir: “Mənim Yehova olduğumu bundan biləcəksən:+ əlimdəki əsanı Nil çayının sularına vuracağam, çay qana dönəcək. 18  Çaydakı balıqlar öləcək və çay iylənəcək. Misirlilər çayın suyunu içə bilməyəcəklər”». 19  Sonra Yehova Musaya dedi: «Haruna belə de: “Əsanı əlinə götür və Misirin sularına,+ çaylarına, Nildən ayrılan arxlara, bataqlıqlara+ və bütün çarhovuzlarına sarı uzat ki, sular qana dönsün”. Bütün Misir torpağında, hətta çəlləklərdə və daş küplərdə də su qana çevriləcək». 20  Musa ilə Harun dərhal Yehovanın dediyi kimi etdilər: Harun fironun və onun xidmətçilərinin gözü qabağında əsanı qaldırıb Nil çayının suyuna vurdu, su büsbütün qan oldu.+ 21  Çaydakı balıqlar öldü+ və çay iylənməyə başladı. Misirlilər çayın suyunu içə bilmədilər.+ Bütün Misir torpağında su qana çevrildi. 22  Lakin Misirin kahinləri də öz sehrləri ilə eyni şeyi etdilər.+ Beləcə, Yehovanın dediyi kimi, firon tərsliyindən dönmədi və onlara qulaq asmadı.+ 23  Firon çıxıb sarayına getdi, baş verənləri yenə də vecinə almadı. 24  Misirlilərin hamısı Nil çayının qıraqlarında yeri qazıb su axtarmağa başladılar, çünki çayın suyunu içə bilmirdilər. 25  Yehovanın Nil çayının suyunu qana döndərməsinin üstündən yeddi gün keçdi.

Haşiyələr