Kontentə keç

Mündəricatı göstər

DƏRS 12

Müjdəçilik işimiz

Müjdəçilik işimiz

İspaniya

Belarusiya

Honkonq

Peru

İsa Məsih ölümündən bir neçə gün qabaq bəyan etmişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14). Bəli, bütün yer üzündə. Bəs bu, necə mümkün olacaqdı? İsa Məsihin qoyduğu nümunəni izləməklə (Luka 8:1).

Ev-ev təbliğ edirik. İsa peyğəmbər şagirdlərinə ev-ev təbliğ etməyi öyrətmişdi (Mətta 10:11—13; Həvarilərin işləri 5:42; 20:20). Birinci əsrdəki müjdəçilər konkret ərazilərdə təbliğ edirdilər (Mətta 10:5, 6; 2 Korinflilərə 10:13). Bu gün də müjdəçilik işi mütəşəkkil surətdə icra olunur. Hər yığıncaq müəyyən ərazidə təbliğ edir. Bunun sayəsində biz İsa Məsihin əmrini yerinə yetiririk, təbliğ edib ətraflı şəhadət veririk (Həvarilərin işləri 10:42).

Hər yerdə təbliğ edirik. İsa Məsih ictimai yerlərdə təbliğ etməklə də bizə örnək vermişdi. Məsələn, o, dəniz kənarında, camaatın su çəkdiyi quyunun başında təbliğ etmişdi (Mark 4:1; Yəhya 4:5—15). Biz də hər yerdə — küçədə, parklarda, iş yerlərində təbliğ edirik, telefon vasitəsilə insanlara Allahın Kəlamından danışırıq. Bundan əlavə, imkan yaranan kimi qohumlarımıza, qonşularımıza, iş və məktəb yoldaşlarımıza şahidlik edirik. Bu işdə hər kəs əlindən gələni edir və beləcə, qurtuluş xəbəri bütün dünyada milyonlarla insana çatdırılır (Zəbur 96:2).

Düşünün: Allahın gələcək niyyəti barədə ürəkaçan xəbəri kiminlə bölüşə bilərsiniz? Nəyə görə bu xəbəri ona çatdırmaq yaxşı olardı? Fürsət düşən kimi bu ümidverici xəbəri həmin adama çatdırın.

  • İnsanlar hansı müjdəni eşitməlidir?

  • Yehovanın Şahidləri müjdəçilik işində İsa peyğəmbərdən necə örnək alırlar?