Kontentə keç

Mündəricatı göstər

DƏRS 5

Yehovanın Şahidlərinin dini görüşləri

Yehovanın Şahidlərinin dini görüşləri

Argentina

Syerra–Leone

Belçika

Malayziya

Bu gün bir çox adamlar axtardığı məmnunluğu və qəlb rahatlığını tapmadığı üçün daha dini yerlərə getmir. Amma Yehovanın Şahidlərinin yığıncaqlarına getməyə dəyər. Nəyə görə?

Xoş və mehriban ab-hava. Birinci əsrdə İsa peyğəmbərin davamçıları bir yerə yığışıb Allaha ibadət edir, Müqəddəs Yazıları araşdırır və bir-birilərini ruhlandırırdılar (İbranilərə 10:24, 25). Bu insanların arasında mehribanlıq hökm sürürdü, onlar bir-birilərinə dost, qardaş gözü ilə baxırdılar (2 Salonikililərə 1:3; 3 Yəhya 14). Biz də onların yolu ilə gedirik və onların duyduğu sevinci duyuruq.

Allahın Kəlamı tədris olunur. Müqəddəs Kitabın yazıldığı vaxtlarda kişi, qadın, uşaq — hər kəs Allahın Kəlamını öyrənmək üçün birlikdə toplaşırdı. Bu gün də belədir. Görüşlərimizdə Allahın Kəlamını öyrətmək üçün təyin olunmuş qardaşlar bizə kömək edirlər ki, Allahın qanunlarını həyatımızda tətbiq edək (Qanunun təkrarı 31:12; Nəhəmya 8:8). Bu görüşlərin bəzi hissələrində dinləyicilər də müzakirədə iştirak edir və birlikdə Allahı nəğmələrdə tərənnüm edirlər. Bu yolla hər kəs Allahın verdiyi ümidə iman gətirdiyini ifadə edir (İbranilərə 10:23).

Allaha imanımız güclənir. Həvari Bulus Romadakı yığıncağa yazmışdı: «Sizinlə görüşməyi ürəkdən arzulayıram və... istəyirəm ki, hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq» (Romalılara 1:11, 12). Hər dəfə görüşlərdə biz bir-birimizin imanını gücləndirir və Allaha məqbul yaşamaq əzmimizi möhkəmləndiririk.

Biz sizi növbəti görüşə dəvət edirik. Çox istəyərdik ki, siz yuxarıda deyilənləri gəlib öz gözünüzlə görəsiniz. Qapımız hər kəsin üzünə açıqdır. Yığıncağa gələnlərdən pul yığılmır.

  • Görüşlərimiz hansı nümunə əsasında keçirilir?

  • Biz nəyə görə görüşlərə gəlməliyik?