Kontentə keç

Mündəricatı göstər

DƏRS 19

Ürəyə yol tapmağa çalış

Ürəyə yol tapmağa çalış

Məsəllər 3:1

İCMAL: Dinləyicilərə məlumatın dəyərini başa düşməyə və eşitdiklərinə uyğun davranmağa kömək et.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dinləyicilərə özlərini yoxlamağa kömək et. Dinləyicilərin öz hisslərini yoxlaması üçün ritorik suallar ver.

  • Diqqətini dinləyicilərin yaxşı niyyətlərinə cəmlə. Onları təşviq et ki, xeyirxah işləri nəyə görə etdiklərini təhlil etsinlər. Qoy onların ürəyində ən gözəl niyyətdən — Yehova sevgisindən, insan sevgisindən və Müqəddəs Kitab təlimlərinə sevgidən irəli gələrək xeyirxah işlər görmək istəyi oyansın. Moizə oxuma, düşündür. Dinləyiciləri utandırma. Qoy çıxış qurtaranda onlar ruhlansın, əllərindən gələn ən yaxşı şeyi etməyə həvəsli olsunlar.

  • Diqqəti Yehovaya yönəlt. Müqəddəs Kitabdakı təlimlərin, prinsip və əmrlərin Allahın keyfiyyətlərini və bizə olan məhəbbətini necə əks etdirdiyini vurğula. Dinləyicilərdə Yehovanın hisslərini nəzərə almaq və Onu razı salmaq istəyi oyat.