Kontentə keç

Mündəricatı göstər

DƏRS 13

Məlumatın dəyərini göstər

Məlumatın dəyərini göstər

Məsəllər 3:21

İCMAL: Mövzunun dinləyicilərin həyatı ilə əlaqəsini və məlumatı necə tətbiq etməyi göstər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dinləyiciləri düşün. Məlumatın nəyə görə dinləyicilər üçün vacib olduğunu və hansı fikirlərin onlar üçün xüsusilə faydalı olduğunu düşün.

  • Çıxış boyunca məlumatı necə tətbiq etməyi göstər. Nitqin lap əvvəlindən hər dinləyicidə növbəti fikir yaranmalıdır: «Bu mənə aiddir». Əsas fikirlərin hər birini açıqladıqca onun tətbiqini də göstər. Fikirləri ümumiləşdirmə.