Kontentə keç

Mündəricatı göstər

DƏRS 4

Qardaş qatili

Qardaş qatili

Ədən bağından qovulandan sonra Adəmlə Həvvanın çoxlu uşaqları olur. Birinci oğulları Qabil əkinçiliklə məşğul olur, ikinci oğulları Habil isə çobanlıq edir.

Bir gün Qabillə Habil Yehovaya qurban gətirirlər. Bilirsən, onlar nə qurban gətirirlər? Onlar Yehovaya xüsusi hədiyyələr təqdim edirlər. Yehova Habilin qurbanından razı qalır, Qabilin qurbanından isə razı qalmır. Buna görə Qabil çox qəzəblənir. Yehova onu xəbərdar edir ki, qəzəbini boğmasa, günah işləyə bilər. Ancaq Qabil Yehovaya qulaq asmır.

Bir gün Qabil Habilə deyir: «Gəl çölə gedək». Onlar çöldə olanda Qabil qardaşını vurub öldürür. Bəs Yehova Allah nə edir? O, Qabili ailəsindən ayırıb uzaqlara göndərməklə onu cəzalandırır. Qabil bir daha geri qayıda bilmir.

Biz bu hadisədən nə ibrət götürə bilərik? İşlərimiz yolunda getməyəndə qəzəblənə bilərik. İçimizdə qəzəb yarandığını hiss etsək və ya kimsə qəzəbləndiyimizi görüb bizi xəbərdar etsə, biz dərhal özümüzü ələ almalı və sakitləşməliyik.

Habil Yehovanı sevdiyi və düzgün davrandığı üçün hər zaman Yehovanın yaddaşındadır. O, yer üzünü cənnətə çevirəndə Habili dirildəcək.

«Əvvəlcə get [qardaşınla] barış, sonra gəl bəxşişini təqdim et» (Mətta 5:24)