Kontentə keç

Mündəricatı göstər

DƏRS 3

Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Bir gün Həvva tək olanda bir ilan onunla danışır. İlan deyir: «Doğrudanmı, Allah sizə deyib ki, bütün ağacların meyvəsindən yeməyəsiniz?» Həvva ona cavab verir: «Yox. Bütün ağacların meyvəsindən yeyə bilərik. Təkcə bir ağacın meyvəsindən başqa. Ondan yesək, ölərik». İlan deyir: «Ölməyəcəksiniz. Əslində, ondan yesəniz, Allah kimi olacaqsınız». Səncə, ilan düz deyir? Yox, o, yalan danışır. Ancaq Həvva ona inanır. O, meyvəyə nə qədər çox baxırsa, bir o qədər də onu yemək istəyir. Həvva meyvəni yeyir. Meyvədən Adəmə də verir. Adəm bilir ki, Allahın sözünə qulaq asmasalar, öləcəklər. Bununla belə, Adəm meyvəni yeyir.

Həmin gün Yehova Allah Adəm və Həvva ilə danışır. Yehova onlardan nə üçün belə etdiklərini soruşur. Həvva günahı ilanın, Adəm də Həvvanın üstünə atır. Yehova sözünə qulaq asmadıqları üçün Adəmlə Həvvanı bağdan qovur. Onların bir daha bağa girməməsi üçün oraya mələklər və yanan qılınc qoyur.

Yehova bildirir ki, Həvvanı aldadan da cəzasız qalmayacaq. Əslində, Həvva ilə danışan ilan deyildi. Yehova ilanı yaradanda ona danışmaq bacarığı verməmişdi. İlandan istifadə edərək danışan bir pis mələk idi. O, Həvvanı tələyə saldı. Bu mələk sonradan Şeytan İblis adlandı. Gələcəkdə Yehova Şeytanı məhv edəcək ki, o, bir daha insanları tələyə salıb, pis işlər görməyə təşviq etməsin.

«O, [İblis] əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı, çünki onda həqiqət yoxdur» (Yəhya 8:44)