Kontentə keç

Mündəricatı göstər

Hissə 3

Misir qurtuluşundan İsrailin ilk padşahınadək

Misir qurtuluşundan İsrailin ilk padşahınadək

Musa israilliləri Misirdən Sina dağına gətirir. Orada Allah xalqına Öz qanunlarını verir. Sonra Musa Kənan torpağını nəzərdən keçirmək üçün 12 kəşfiyyatçı göndərir. Onlardan 10 nəfəri o diyar haqqında pis məlumat gətirir. Bu məlumatdan sonra xalq Misirə qayıtmaq istəyir. İsraillilər imansız olduqları üçün Allah onları cəzalandırır. Onlar 40 il səhrada dolaşmalı olurlar.

Yehova xalqını Kənan torpağına aparmaq üçün Yeşuanı başçı təyin edir. Torpağı ələ keçirmək üçün Yehova xalqına möcüzələr vasitəsilə kömək edir. Məsələn, İordan çayının suları dayanır, Yerixo şəhərinin divarları uçur, bütün günü günəş batmır. İsraillilər altı ildən sonra torpağı kənanlılardan alırlar.

İsraili Yeşuadan başlayaraq 356 il ərzində hakimlər idarə etmişdi. Biz onlardan bir çoxları — Baraq, Gideon, İftah, Şimşon və Şamuel haqqında oxuyacağıq. Bu hissədə həmçinin bir çox qadınlar — Raxav, Devora, Yael, Rut, Naomi və Delila haqqında da öyrənəcəyik. Ümumilikdə, ÜÇÜNCÜ HİSSƏ 396 ili əhatə edir.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 34

Allah xalqına göydən yemək verir

Allah göydən xüsusi yemək göndərir.

HEKAYƏ 35

Yehova xalqına qanunlar verir

On qanunun içində hansı iki qanun ən böyükdür?

HEKAYƏ 36

Qızıl dana

Nəyə görə insanlar qızıl sırğalarından düzəlmiş danaya ibadət edirlər?

HEKAYƏ 37

İbadət çadırı

Ən içəri otaqda əhd sandığı olurdu.

HEKAYƏ 38

On iki kəşfiyyatçı

On kəşfiyyatçı bir şey deyir, digər ikisi isə başqa şey. İsraillilər kimə inanır?

HEKAYƏ 39

Harunun əsası çiçək açır

Ölü ağac çubuğu necə çiçək açıb meyvə verə bilər?

HEKAYƏ 40

Musa əsanı qayaya vurur

Musa möcüzə göstərsə də, Yehovanın qəzəbinə tuş gəldi.

HEKAYƏ 41

Tunc ilan

Nəyə görə Allah israilliləri sancmaq üçün zəhərli ilanlar göndərmişdi?

HEKAYƏ 42

Danışan eşşək

Eşşək Bilamın görmədiyini görürdü.

HEKAYƏ 43

Yeşua başçı olur

Musanın canı sulu idi, bəs nəyə görə yerinə Yeşua seçildi?

HEKAYƏ 44

Raxav kəşfiyyatçıları gizlədir

Raxav iki kəşfiyyatçıya necə kömək etdi və onlardan nə istədi?

HEKAYƏ 45

Xalq İordan çayından keçir

Kahinlər çayın içinə girəndə möcüzə baş verir.

HEKAYƏ 46

Yerixo şəhərinin divarları

İp divarın dağılmasına necə əngəl törədə bilərdi?

HEKAYƏ 47

İsraildə oğru var

Bir nəfər bütün xalqa bəla gətirə bilər?

HEKAYƏ 48

Ağıllı giveonlular

Onlar israillilərlə əhd bağlamaq üçün Yeşuaya kələk gəlirlər, ancaq israillilər vədlərinə sadiq qalırlar.

HEKAYƏ 49

Günəş dayanır

Yehova heç vaxt etmədiyi bir möcüzəni Yeşua üçün edir.

HEKAYƏ 50

İki cəsur qadın

İsrail ordusuna döyüş vaxtı Baraq rəhbərlik etsə də, nəyə görə Yael izzətlənir?

HEKAYƏ 51

Rut və Naomi

Rut Naomi ilə birgə getmək və Yehovaya xidmət etmək üçün öz evini tərk edir.

HEKAYƏ 52

Gideon və 300 döyüşçüsü

Allah bu kiçik ordunun üzvlərini qeyri-adi üsulla seçdi.

HEKAYƏ 53

İftahın vədi

Onun Yehovaya içdiyi and yalnız özünə yox, həm də qızına təsir etdi.

HEKAYƏ 54

Ən güclü adam

Delila Şimşonun gücünün sirrini necə öyrənir?

HEKAYƏ 55

Allaha xidmət edən balaca oğlan

Allah baş kahin Eliyə hökm xəbərini çatdırmaq üçün gənc Şamueldən istifadə edir.