SÖHBƏTƏ BAŞLAMAQ
DƏRS 3
Xeyirxahlıq
Prinsip: «Məhəbbət... xeyirxahdır» (1 Kor. 13:4).
İsa Məsihin qoyduğu nümunə
1. VİDEOYA bax və ya Yəhya 9:1—7 ayələrini oxu. Sonra isə növbəti suallar üzərində düşün:
-
a) İsa əvvəlcə nə etdi? Kor adama xoş xəbəri təbliğ etdi, yoxsa onun gözlərini açdı? (Yəhya 9:35—38 ayələrinə bax.)
-
b) Səncə, nəyə görə həmin adam İsanın dediklərinə qulaq asdı?
İsa Məsihdən nə öyrənirik?
2. İnsan ona can yandırdığımızı hiss etsə, çatdırdığımız xəbərə daha həvəslə qulaq asar.
İsa Məsih kimi davran
3. İnsanın dərdini duy. Onun keçirdiyi hissləri anlamağa çalış.
-
a) Düşün: Görəsən, onu nə narahat edir? Nəyin ona köməyi dəyər, nə ona xoş olar? Bu sənə kömək edəcək ki, insana ürəkdən xeyirxahlıq göstərəsən.
-
b) insan onu narahat edən məsələlərdən və ya qarşılaşdığı problemlərdən danışırsa, onu dinlə, söhbəti dəyişmə. Belə etməklə onun dediklərinə biganə olmadığını göstərəcəksən.
4. Mehriban və hörmətcil danış. İnsanın dərdinə yandığın və ona can-dildən kömək etmək istəyin səs tonundan bilinəcək. Nə deyəcəyinə, necə deyəcəyinə fikir ver. Ehtiyatlı ol ki, insanın xətrinə dəyməyəsən.
5. Kömək əlini əsirgəmə. Fikirləş gör insana hansı üsullarla əməli kömək göstərə bilərsən. Xeyirxah əməl səmimi ünsiyyətə qapı açır.