Kontentə keç

Mündəricatı göstər

İbadət

İbadət

Yalnız kimə ibadət etməliyik?

Çx 34:14; Qn 5:8—10; Əş 42:8

  • Müqəddəs Kitab əhvalatı:

    • Mt 4:8—10. Şeytan İsaya ona səcdə etməsinin qarşılığında dünyanın bütün səltənətlərini təklif etdi, İsa isə təklifi rədd edərək Yehovaya ibadət etməyə qəti qərarlı olduğunu göstərdi

    • Vh 19:9, 10. Qüdrətli bir mələk həvari Yəhyanın ona səcdə etməsindən imtina etdi

Yehova Ona necə ibadət etməyimizi buyurur?

Yh 4:24; Yq 1:26, 27

  • Müqəddəs Kitab əhvalatı:

    • Əş 1:10—17. Yehova Onun prinsiplərinə uyğun yaşamaqdan imtina edən insanların ikiüzlü ibadətlərini rədd edir və onlardan iyrənir

    • Mt 15:1—11. İsa göstərdi ki, Yehova insan adət-ənənələrini Onun qanunlarından üstün tutanların ibadətini qəbul etmir

İmkan daxilində nəyə görə Yehovaya dindaşlarımızla birlikdə ibadət etməliyik?

İb 10:24, 25

Həmçinin baxın: Zb 133:1—3

  • Müqəddəs Kitab əhvalatı:

    • Hv 2:40—42. Birinci əsrdə məsihilər dua etmək, ünsiyyət etmək və müqəddəs ruhdan ilham almış təlimləri öyrənmək üçün bir yerə toplaşırdılar

    • 1Kr 14:26—40. Həvari Bulus göstəriş verdi ki, yığıncaq görüşləri nizamlı və ruhlandırıcı olsun, beləcə, hamı təlim ala və öyrəndiklərini dərk edə bilər

İbadətimizin Yehovaya məqbul olduğuna necə əmin ola bilərik?

Mt 7:21—24; 1Yh 2:17; 5:3

  • Müqəddəs Kitab əhvalatı:

    • İb 11:6. Həvari Bulus izah etdi ki, Yehovaya məqbul şəkildə ibadət etmək üçün imanın olması vacibdir

    • Yq 2:14—17, 24—26. İsanın ögey qardaşı Yaqub izah etdi ki, imanımız əməllərimizdən görünməlidir