Kontentə keç

Mündəricatı göstər

7-Cİ SUAL

Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?

Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Cinsi yaxınlıqla bağlı verdiyin qərar bütün həyatına təsir edəcək.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Fidanla Mahir cəmi iki aydır ki, görüşür, amma ona elə gəlir ki, o, Mahiri uzun illərdir tanıyır. Onlar tez-tez yazışır, saatlarla telefonla danışırlar və bir-birini bir kəlmədən başa düşürlər. Amma Mahir üçün sadəcə söhbət etmək azdır, o, daha çox şey istəyir.

Bu iki ay ərzində Mahirlə Fidan əl-ələ tutub və ötəri öpüşüblər. Fidan artıq hərəkətlərə yol vermək istəmir, amma Mahiri itirmək də istəmir. O, özünü yalnız onun yanında belə gözəl və dəyərli hiss edir. O fikirləşir: «Axı bir-birimizi sevirik,..»

Görüşmək üçün yetərincə yetkinsənsə, Fidanın yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Cinsi yaxınlıq Allahın nikahda olan insanlara bəxş etdiyi ənamdır. Nikahdan əvvəl münasibətdə olmaq bu ənamı dəyərdən salır. Sanki, kimsə sənə gözəl bir paltar hədiyyə edib, sən isə onunla toz silirsən.

Əgər sən fiziki qanunlara, məsələn, cazibə qanununa tabe olmasan, xəsarət alarsan. 1 Salonikililərə 4:3 ayəsində əxlaqsızlıqdan uzaq durmaq buyrulur. Əxlaq qanunlarına tabe olmayanda da insan ziyan çəkir.

Bu qanuna tabe olmamaq nə ilə nəticələnə bilər? Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir» (1 Korinflilərə 6:18). Bunun həqiqət olduğunu haradan bilirik?

Mütəxəssislərin araşdırmalarına görə, nikahdan əvvəl cinsi əlaqədə olan bir çox gənc hərəkətlərinin acı nəticələrini dadıblar. Məsələn:

  • PEŞMANÇILIQ. Nikahdan əvvəl cinsi əlaqədə olan gənclərin çoxu sonradan çox peşman olduqlarını etiraf ediblər.

  • ETİBARSIZLIQ. Yaxınlıq edəndən sonra hər iki tərəf fikirləşməyə başlayır: «Görəsən, o, başqa kiminlə əlaqədə olub?»

  • MƏYUSLUQ. Əslində, hər bir qız ondan əşya kimi istifadə edən yox, ona arxa olan bir insanın yanında olmaq istəyir. Bir çox oğlanlar isə fikir vermişlər ki, özlərini onlara təslim edən qızlar sonradan gözlərindən düşür.

  • Çıxardığımız nəticə: Nikahdan əvvəl cinsi əlaqədə olmaqla sən öz ləyaqətini alçaldırsan (Romalılara 1:24). Vücudumuz Allahın bizə bəxş etdiyi qiymətli ənamdır, onu belə ucuz tutma!

Göstər ki, sən əxlaqsızlıqdan uzaq durmağa qətiyyətlisən (1 Salonikililərə 4:3). Yaxınlıq etməyə tələsmə! Gələcəkdə ailə quranda bu imkanın olacaq. Onda narahatçılıq, peşmançılıq və xəcalət hissi keçirməyəcəksən (Məsəllər 7:22, 23; 1 Korinflilərə 7:3).

NECƏ DÜŞÜNÜRSƏN?

  • Məgər səni, həqiqətən sevən insan sənin fiziki və emosional sağlamlığını təhlükə altına atar?

  • Bəs, həqiqətən də, sənin qayğına qalan biri səni Allahla münasibətlərinə zərər vuracaq şeylərə təhrik edər? (İbranilərə 13:4).