Kontentə keç

Mündəricatı göstər

DƏRS 26

Dünyadakı əzabların səbəbkarı kimdir?

Dünyadakı əzabların səbəbkarı kimdir?

«Axı niyə?» Bədbəxt hadisə baş verəndə insanlarda dərhal bu sual yaranır. Nə yaxşı ki Müqəddəs Kitabda bu suala aydın cavab verilir.

1. Şər dünyaya necə daxil oldu?

Şeytan Allaha qarşı üsyan etdi. O hökmranlıq etmək sevdasına düşmüşdü. Buna görə də ilk insanları, Adəmlə Həvvanı da üsyana qaldırdı. Bu məqsədə nail olmaq üçün o, Həvvaya yalan söylədi (Yaradılış 3:1—5). Onu inandırdı ki, Yehova ondan yaxşı bir şey gizlədir. Şeytan dolayı yolla dedi ki, insanlar Allaha tabe olmasalar, daha xoşbəxt olarlar. Üstəlik, o, Həvvaya ölməyəcəyini dedi. Beləcə, dünyada ilk yalanı söylədi. Bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, Şeytan «yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44).

2. Adəmlə Həvva hansı qərarı verdi?

Yehova Adəmlə Həvvanı hər şeylə təmin etmişdi. Onlara demişdi ki, bağdakı bütün ağacların meyvəsindən yeyə bilərlər, təkcə bir ağacdan başqa (Yaradılış 2:15—17). Buna baxmayaraq, onlar qadağan olunmuş ağacın meyvəsindən yemək qərarına gəldilər. Əvvəlcə, Həvva «onun meyvəsindən götürüb yedi». Sonra Adəm də yedi (Yaradılış 3:6). Onların ikisi də Allahın itaətindən çıxdı. Adəmlə Həvva kamil idi. Onlarda günah əmələ meyil yox idi. Buna görə də Allahın itaətindən çıxmaq onların bilərəkdən etdiyi seçim idi. Beləliklə, onlar günah işləyib, Allahın hakimiyyətini rədd etdilər. Bu qərar onlara baha başa gəldi (Yaradılış 3:16—19).

3. Adəmlə Həvvanın qərarı bizə necə təsir edir?

Adəmlə Həvva günah işləyəndə kamilliyi itirdi. Onlar günahı irsən övladlarına ötürdülər. Müqəddəs Kitabda Adəmlə bağlı deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (Romalılara 5:12).

Bəs biz nəyə görə əzab çəkirik? Müxtəlif səbəblərə görə. Məsələn, bəzən özümüz yanlış qərarlar veririk, bəzən də başqalarının verdiyi yanlış qərarlara görə əziyyət çəkirik. Hərdən isə sadəcə təsadüfün qurbanı oluruq. (Vaiz 9:11 ayəsini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

Dünyadakı əzab-əziyyətin səbəbkarının Allah olmadığını və bəndələri əzab çəkəndə Onun hansı hissləri keçirdiyini öyrənin.

4. Əzablarımızın səbəbkarı

Çox adam elə bilir ki, bəşəriyyəti Allah idarə edir. Bəs bu, doğrudan, belədir? VİDEOYA baxın.

Yaqub 1:13 1 Yəhya 5:19 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Əzabların səbəbkarı Allahdır?

5. Şeytanın hökmranlığının nəticələri

Yaradılış 3:1—6 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Şeytan hansı yalanı danışdı? (4 və 5-ci ayələrə baxın.)

  • Şeytan Yehovanın insanlardan yaxşı bir şey gizlətdiyinə hansı sözlərlə eyham vurdu?

  • Şeytan həmçinin necə eyham vurdu ki, xoşbəxt olmaq üçün insanın Yehovanın hakimiyyətinə ehtiyacı yoxdur?

Vaiz 8:9 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Dünya Yehovanın hakimiyyəti altında olmadığı üçün vəziyyət nə yerdədir?

  1. Adəmlə Həvva kamil idi və Cənnətdə yaşayırdı. Amma onlar Şeytana qulaq asdılar və Yehovaya qarşı üsyan etdilər

  2. İlk üsyandan sonra dünyanı günah, əzab-əziyyət və ölüm cənginə aldı

  3. Yehova günaha, əzablara və ölümə son qoyacaq. İnsanlar yenidən kamil olacaq və Cənnətdə yaşayacaq

6. Yehova əzablarımıza biganə yanaşmır

Allah əzablarımıza necə yanaşır? Görün Davud peyğəmbər və həvari Butrus bu barədə nə yazmışdı. Zəbur 31:7 1 Butrus 5:7 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Yehova insanların əzablarını görür, onlara biganə yanaşmır. Bunu bilmək sizdə hansı hissləri oyadır?

7. Allah əzablara son qoyacaq

Əşiya 65:17 Vəhy 21:3, 4 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Yehova vəd edir ki, ağrı-acıya son qoyacaq, insanlara dəymiş bütün zərəri aradan qaldıracaq. Nəyə görə bu vəd sizə təsəlli verir?

Bilirsiniz?

Şeytan ilk yalanı söyləyəndə Yehovaya böhtan atmışdı. Yəni Yehovanın ədalətli Hökmdar olduğuna, insanları sevdiyinə şübhə yaratmışdı. Tezliklə Yehova insanların bütün əzablarına son qoyacaq. Bununla da Öz adını təmizə çıxaracaq. Başqa sözlə, sübut edəcək ki, Onun hakimiyyəti ən yaxşı hakimiyyətdir. Yehovanın adının təmizə çıxarılması dünyada ən mühüm məsələdir (Mətta 6:9, 10).

BƏZİ İNSANLAR DEYİR: «Allah sevdiyi bəndəsini sınağa çəkir».

  • Siz nə deyərdiniz?

İCMAL

Şeytana və Adəmlə Həvvaya görə şər bu dünyaya daxil oldu. Yehova çəkdiyimiz əzabları görür və tezliklə onlara son qoyacaq.

Təkrar

  • Şeytan Həvvaya hansı yalanı söylədi?

  • Adəmlə Həvvanın üsyanı bizə necə təsir edir?

  • Haradan bilirik ki, Yehova çəkdiyimiz əzablara biganə yanaşmır?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün Müqəddəs Kitaba əsasən, günah nədir.

«Günah nədir?» (internet məqaləsi)

Şeytanın Ədən bağında qaldırdığı sual barədə oxuyun.

«Allah nə üçün əzab-əziyyətə yol verir?» («Gözətçi qülləsi», yanvar—mart 2014)

Çoxlarını narahat edən çətin bir sualın cavabı insana təsəlli verə bilər.

«Nəyə görə yəhudilərin soyqırımı baş verdi? Allah niyə bunun qarşısını almadı?» (internet məqaləsi)

Bir nəfər ətrafda gördüyü əzab-əziyyətlərlə bağlı nə öyrəndi?

«Mən daha tək deyiləm» (5:09)