Fəsil 4
Allahın adı var
ADƏTƏN kiminləsə tanış olanda ona ən birinci hansı sualı verirsən? ~ Bəli, onun adını soruşursan. Hər birimizin öz adı var. Allah yer üzündəki ilk insana ad vermişdi. Onun adını Adəm qoymuşdu. Adəmin arvadının adı isə Həvva idi.
Lakin təkcə insanlara ad verilmir. Adı olan başqa şeyləri də yadına sal. Kimsə sənə gəlincik, yaxud pişik balası verəndə sən ona ad qoymursan? ~ Bəli, adın olması çox vacibdir.
Gecə göy üzünə səpələnən saysız-hesabsız ulduzlara bax. Səncə, onların adı var? ~ Bəli, Allah göydəki hər ulduza ad verib. Müqəddəs Kitabda deyilir: ‘Allah ulduzların sayını hesablar, hər birini öz adı ilə çağırar’ (Məzmur 147:4).
Səncə, bütün kainatda ən üstün şəxs kimdir? ~ Düz deyirsən, Allahdır. Necə fikirləşirsən, Onun adı var? ~ İsa demişdi ki, var. Bir dəfə İsa Allaha dua edəndə demişdi: ‘Sənin adını şagirdlərimə bildirdim’ (Yəhya 17:26). Sən Allahın adını bilirsən? ~ Allah Özü bizə adını açıqlayır. O deyir: «Mən Yehovayam, ismim odur». Deməli, Allahın adı YEHOVADIR (Yeşaya 42:8, KM).
Başqaları sənin adını yadda saxlayanda hansı hissləri keçirirsən? ~ Sevinirsən, elə deyilmi? ~ Yehova da istəyir ki, insanlar Onun adını bilsinlər. Buna görə də Allah haqqında danışanda Yehova adını çəkmək lazımdır. Böyük Müəllim insanlarla danışanda Allahın adını çəkirdi. Bir dəfə İsa demişdi: ‘Allahın Mark 12:30, YD).
Yehovanı bütün ürəyinlə sev’ (İsa bilirdi ki, «Yehova» ən vacib addır. Buna görə də o, şagirdlərinə Allahın adını çəkməyi öyrədirdi. O, hətta onlara dualarında Allahın adı haqqında danışmağı da söyləmişdi. İsa bilirdi ki, Allah bütün insanların Onun adının Yehova olduğunu bilməsini istəyir.
Çox-çox əvvəllər Allah adının vacibliyini İsrail övladlarından biri olan Musaya göstərmişdi. İsraillilər Misir adlanan ölkədə yaşayırdılar. Orada yaşayan xalq misirlilər kimi tanınırdı. Onlar israilliləri kölə etmişdilər və onlara zülm edirdilər. Musa böyüyəndə öz xalqından bir nəfərə kömək etməyə çalışdı. Bu, Misir padşahı olan fironu qəzəbləndirdi. O, Musanı öldürmək istədi! Buna görə də Musa Misirdən qaçdı.
Musa başqa ölkəyə, Midyan diyarına getdi. Orada Musa evlənib ailə sahibi oldu. O həm də çobanlıq edirdi. Günlərin bir günü, o, dağın yanında qoyun otaranda qəribə bir şey gördü. Kol od-alovun içində olsa da, yanıb külə dönmürdü! Musa bu mənzərəyə yaxından baxmaq üçün irəli getdi.
Heç bilirsən nə baş verdi? ~ Musa yanan koldan bir səs eşitdi. Səs: «Musa, Musa!» — deyə çağırırdı. Onu çağıran kim idi? ~ Bu, Allahın Özü idi! Allah Musaya vacib iş tapşıracaqdı. Allah dedi: ‘Get. Səni Misir padşahı fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan’. Allah söz verdi ki, bu işdə Musaya kömək edəcək.
Ancaq Musa Allaha dedi: ‘Misirə İsrail övladlarının yanına gedib “məni Allah göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?’ Allah Musaya tapşırdı ki, İsrail övladlarına belə desin: ‘Yehova məni sizin yanınıza göndərdi. Adım əbədi olaraq Yehovadır’ Çıxış 3:1—15). Bu göstərir ki, Allah Yehova adını qoruyub saxlamaq istəyir. O, adını heç vaxt dəyişməyəcək. Allah istəyir ki, əbədi olaraq hamı Onu Öz adı ilə — Yehova adı ilə tanısın.
(Musa Misirə qayıdanda misirlilər fikirləşirdilər ki, Yehova israillilərin adi, əhəmiyyətsiz bir allahıdır. Onlar heç ağıllarına belə gətirmirdilər ki, O, bütün dünyanın Allahıdır. Buna görə də, Yehova Misir padşahına dedi: ‘Mən adımı bütün dünyaya tanıdacağam’ (Çıxış 9:16). O, belə də etdi. Bilirsən, necə? ~
O, Musanı xalqına rəhbər qoyaraq onları Misirdən çıxartdı. İsraillilər Qırmızı dənizə çatanda Yehova dənizin dibi ilə quru yol açdı. İsraillilər quru torpağın üstündən sağ-salamat keçdilər. Ancaq sonra firon və onun bütün ordusu həmin yolla keçmək istəyəndə hər iki tərəfdə divar kimi duran sular misirlilərin üstünə töküldü və onların hamısı öldü.
Çox keçməmiş, Yehovanın Qırmızı dənizdə etdikləri bütün dünyaya yayıldı. Bunu haradan bilirik? ~ Bu hadisədən təxminən 40 il sonra israillilər Kənana, Yehovanın onlara verməyi vəd etdiyi torpağa gəldilər. Orada Raxav adlı gənc qadın Yeşua 2:10).
iki israilli kişiyə dedi: ‘Misirdən çıxdığınız zaman Yehovanın Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu eşitmişik’ (Bu gün bir çox insanlar həmin misirlilərə bənzəyirlər. Onlar inanmırlar ki, Yehova bütün yer üzünün Allahıdır. Buna görə də Yehova istəyir ki, xalqı Onun haqqında başqalarına danışsın. İsa da elə bunu edirdi. Yer üzündəki həyatının sonuna yaxın İsa duada Yehovaya demişdi: «Sənin adını onlara bildirdim» (Yəhya 17:26).
Çıxış 3:15 ayəsinin haşiyəsinə baxsan görəcəksən ki, orada Yehova adı «Yahve» kimi tərcümə olunub.
Sən də İsaya oxşamaq istəyirsən? Onda başqalarına Allahın adının Yehova olduğunu de. Sən görəcəksən ki, çoxları bunu bilmir. Çünki Müqəddəs Kitabı tərcümə edənlərdən bəziləri Allahın adının yerinə Rəbb yazmışlar. Ancaq sənBiz bu fəsildən nə öyrənirik? ~ Bəli, öyrənirik ki, Yehova dünyada ən vacib addır. Bu, hər şeyə qadir olan Allahın, İsanın Atasının və hər şeyi Yaradanın adıdır. Həmçinin unutma: İsa deyirdi ki, biz Yehova Allahı bütün ürəyimizlə sevməliyik. Bəs sən Yehovanı sevirsən? ~
Yehovanı sevdiyimizi necə göstərə bilərik? ~ Bunu etməyin bir üsulu Onu bir dost kimi yaxından tanımaqdır. Digər üsul isə başqalarına Onun adını söyləməkdir. Biz Yehovanın yaratdığı şeylər və etdiyi yaxşı işlər haqqında danışa bilərik. Biz belə edəndə Yehova çox sevinir, çünki O istəyir ki, insanlar Onu tanısınlar. Biz bunu edə bilərik, elə deyilmi? ~
Yehova haqqında danışanda hamı bizə qulaq asmaq istəməyəcək. Hətta Böyük Müəllim olan İsa da Allah haqqında danışanda çoxları ona qulaq asmırdı. Lakin bu, İsanın Yehova haqqında danışmasına mane olmurdu.
Buna görə də gəl İsa kimi olaq və həmişə Yehova haqda danışaq. Əgər belə etsək, Yehova bizdən razı qalacaq, çünki bununla biz Onun adını sevdiyimizi göstərəcəyik.
İndi isə gəl Müqəddəs Kitabdan Allahın adının vacibliyini göstərən bir neçə ayə oxuyaq: Yeşaya 12:4, 5; Matta 6:9; Yəhya 17:6 və Romalılara 10:13.