Fəsil 41
Allahın ürəyini sevindirən uşaqlar
SƏNCƏ, Yehovanı ən çox sevindirən uşaq kim olub? ~ Onun Oğlu İsa. Gəl görək İsanın gördüyü hansı işlər səmavi Atasını sevindirirdi.
İsanın ailəsinin yaşadığı yerdən Yerusəlimə üç günə gedib çatmaq olurdu. Yerusəlimdə Yehovanın gözəl məbədi yerləşirdi. İsa məbədi ‘Atamın evi’ adlandırırdı. O, ailəsi ilə birlikdə Pasxa bayramını qeyd etmək üçün hər il ora gedirdi.
Bir dəfə İsanın ailəsi Pasxa bayramından sonra evə qayıdırdı. Həmin vaxt İsanın 12 yaşı var idi. Camaat gecələmək üçün dayananda valideynləri bir də gördü ki, İsa nə qohumların arasındadır, nə də dostların. Buna görə də Məryəmlə Yusif İsanı tapmaq üçün vaxt itirmədən Yerusəlimə geri qayıtdılar. Səncə, o, harada idi? ~
Onlar İsanı məbəddə tapdılar. O, müəllimləri dinləyir və onlara sual verirdi. Özü də onların bütün suallarına cavab verirdi. İsanın cavabları hamını heyrətə salmışdı. İndi başa düşürsən, nəyə görə İsa Allahı sevindirirdi? ~
Məryəmlə Yusif İsanı tapanda rahat nəfəs aldılar. Lakin İsa heç narahat deyildi. O bilirdi ki, məbəd təhlükəsiz yerdir. Buna görə də soruşdu: ‘Bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?’ O bilirdi ki, məbəd Allahın evidir və burada olmağı çox xoşlayırdı.
Bundan sonra, Məryəmlə Yusif 12 yaşlı İsanı götürüb Nazaretə getdilər. Səncə, İsanın valideynlərinə qarşı münasibəti necə Luka 2:41—52).
idi? ~ Müqəddəs Kitabda deyilir ki, İsa «onlara itaət edirdi». Səncə, bu nə deməkdir? ~ Bu o deməkdir ki, İsa onlara qulaq asırdı. Bəli, valideynləri nə deyirdisə, İsa onu da edirdi. O hətta quyudan su gətirmək kimi ev işlərini belə yerinə yetirirdi (Bir fikir ver: İsa kamil olsa da, qeyri-kamil valideynlərinə qulaq asırdı. Səncə, bu, Allahı sevindirirdi? ~ Sözsüz. Çünki Allahın Kəlamında uşaqlara deyilir: «Valideynlərinizə itaət edin» (Efeslilərə 6:1). Sən də, İsa kimi, valideynlərinə qulaq assan, Allah sevinəcək.
Bundan başqa, Yehovanı sevindirmək üçün Onun haqqında başqalarına danışa bilərsən. Amma bəzi adamlar deyirlər ki, balaca uşaqlar başqalarına Allah haqqında danışmamalıdırlar. Lakin camaat balaca oğlanlara mane olmaq istəyəndə İsa demişdi ki, məgər Müqəddəs Yazılardan oxumamısınız: ‘Allah kiçik uşaqların ağzından həmd ucaldacaq?’ (Matta 21:16). Buna görə də əgər ürəyimizdən gəlirsə, hər birimiz başqalarına Yehova haqqında və Onun necə gözəl Allah olduğu barədə danışa bilərik. Belə etməklə biz Allahı sevindirəcəyik.
Başqalarına Allah haqqında danışmaq üçün biz Onun haqqında necə öyrənə bilərik? ~ Müqəddəs Kitabı evdə öyrənməklə. Lakin Allahın xalqının yığışdığı yerə gedəndə Onun haqqında daha çox öyrənirik. Bəs Allahın xalqını necə tanıya bilərik? ~
İnsanlar öz yığıncaq görüşlərində nə ilə məşğul olurlar? Onlar Müqəddəs Kitabda deyilənləri olduğu kimi öyrədirlər? Onu oxuyub, müzakirə edirlər? Biz Allahı belə dinləyə bilərik, düzdür? ~ Həmçinin məsihçi görüşlərində biz Allahın sözlərini eşidəcəyimizi gözləyirik, elə deyil? ~ Bəs əgər insanlar desələr ki, Müqəddəs Kitabın dediklərinə əsasən yaşamaq lazım deyil, onda necə? Onları Allahın xalqı adlandırmaq olar? ~
Başqa bir şeyi də nəzərə almaq lazımdır. Müqəddəs Kitabda deyilir ki, Allahın xalqı Onun adını daşıyacaq (Həvarilərin işləri 15:14). Allahın adı Yehova olduğu üçün biz onların ibadət etdiyi Allahın Yehova olub-olmadığını soruşa bilərik. Əgər yox desələr, onda biləcəyik ki, onlar Allahın xalqı deyil. Həmçinin Allahın xalqı başqalarına Allahın Padşahlığı haqqında danışmalıdır. Onlar Allahın qanunlarına riayət etməklə Onu sevdiklərini göstərməlidirlər (1 Yəhya 5:3).
Əgər bütün bunları edən adamları tanıyırsansa, onda Allaha ibadət etmək üçün onların görüşlərinə get. Bu görüşlərə diqqətlə qulaq asmaq və verilən suallara cavab vermək lazımdır. İsa Allahın evində olanda məhz belə etmişdi. Sən də belə etsən, İsa kimi, Allahın ürəyini sevindirəcəksən.
Bəs Müqəddəs Kitabda Allahı sevindirən başqa hansı uşaqların adı çəkilir? ~ Onlardan biri Timoteydir. O, bizim üçün gözəl nümunədir. Onun atası Yehovaya inanmırdı. Anası Evniki və nənəsi Loida isə inanırdılar. Timotey onlara qulaq asır və Yehova haqqında öyrənirdi.
Timotey böyüyəndə həvari Pavel onun yaşadığı şəhərə gəldi. O gördü ki, Timotey Yehovaya xidmət etmək istəyilə alışıb yanır. Buna görə də Allaha daha çox xidmət etməsi üçün Timoteyi özü ilə apardı. Onlar getdikləri hər yerdə insanlara Allahın Padşahlığı və İsa haqqında danışırdılar (Həvarilərin işləri 16:1—5; 2 Timoteyə 1:5; 3:14, 15).
Bəs görəsən Allahın ürəyini sevindirən yalnız oğlanlar olub? ~ Xeyr, bu heç də belə deyil. Gəl kiçik israilli qızın nümunəsinə baxaq. Onun yaşadığı dövrdə Suriya ilə İsrail bir-birinə düşmən idi. Bir dəfə suriyalılar israillilərlə döyüşüb bu kiçik qızı əsir apardılar. Onu Naaman adlı ordu başçısının evinə göndərdilər.
Orada o, Naamanın arvadının qulluqçusu oldu.Naaman cüzam xəstəliyinə tutulmuşdu. Həkimlərin heç biri ona kömək edə bilmirdi. Lakin bu kiçik israilli qız inanırdı ki, Allahın xüsusi xidmətçisi, yəni peyğəmbər Naamana kömək edə bilər. Sözsüz ki, nə Naaman, nə də onun arvadı Yehovaya ibadət etmirdi. Bəs balaca qız bildiklərini onlara deməli idi? Sən olsaydın, nə edərdin? ~
Kiçik qız dedi: ‘Kaş ki, Naaman Yehovanın İsraildəki peyğəmbərinin yanına gedəydi. Onda cüzam xəstəliyindən sağalardı’. Naaman qızın dediklərinə qulaq asdı və Yehovanın peyğəmbərinin yanına getdi. Peyğəmbərin dediklərini etdi və sağalmaz xəstəlikdən şəfa tapdı. Bundan sonra Naaman həqiqi Allaha ibadət etməyə başladı (2 Padşahlar 5:1—15).
Bəs sən həmin balaca qız kimi kiməsə Yehova və Onun edə bildiyi işlər haqda öyrənməyə kömək etmək istəyərdin? ~ Bu işdə kimə kömək edə bilərsən? ~ Əlbəttə, əvvəlcə həmin insanlar köməyə ehtiyacları olmadığını düşünə bilərlər. Lakin sən onlara Yehovanın etdiyi yaxşı şeylər haqqında danışa bilərsən. Bəlkə də onlar qulaq asacaqlar. Əmin ol ki, bu, Allahı sevindirəcək.
Növbəti ayələr uşaqları Yehovaya sevinclə xidmət etməyə həvəsləndirə bilər: Məzmur 122:1; 148:12, 13; Vaiz 12:1; 1 Timoteyə 4:12 və İbranilərə 10:23—25.