Kontentə keç

Mündəricatı göstər

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Nur üstə nur ələnir

Nur üstə nur ələnir

YEHOVA ALLAHIN xidmətçiləri dərk edirlər ki, O, ruhani nurun mənbəyidir. Buna görə də bu mömin insanlar Allahın nurunun və həqiqətinin onlara yol göstərib bələdçilik etməsi üçün hərarətlə dua edirlər (Zəb. 43:3). Dünya ruhani zülmətdə olduğu halda, Allah Öz xalqının üzərinə nur ələyir. Bunun nəticəsində də onların yolu «sübh şəfəqi kimidir,.. daha da işıqlanır» (Məs. 4:18). Yehovadan aldıqları nurun artması sayəsində onların yolu təşkilati, əxlaqi cəhətdən, həmçinin təlim məsələlərində daha da işıqlanır. Son illərdə hansı təlimlərimizə aydınlıq gətirilmişdir?