Bulus Romaya yola düşür
Bulus məhbus olsa da, imanı barədə danışmaqdan vaz keçmirdi. O, gəmidə olanda gəmi heyətinə və sərnişinlərə təbliğ etdi. Gəmi Maltada qəzaya uğrayandan sonra, şübhəsiz ki, şəfa verdiyi insanlara da müjdəni çatdırdı. Romaya gələndən üç gün sonra o, yəhudilərin rəhbərlərini yanına dəvət edib onlara həqiqət barədə şəhadət etdi. Ev dustağı olduğu iki ilə ərzində Bulus yanına gələn hər kəsə təbliğ edirdi.
Məhdudiyyətlərinizə baxmayaraq, müjdəni təbliğ etmək üçün nə edə bilərsiniz?