Kontentə keç

Mündəricatı göstər

7—13 oktyabr

ZƏBUR 92—95

7—13 oktyabr

Nəğmə 84 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Yehovaya xidmət etmək ən gözəl həyat tərzidir!

(10 dəq.)

Yehova ibadətə layiq Allahdır (Zb 92:1, 4; w18.04 s. 26, abz. 5)

Yehova xidmətçilərinə xoşbəxt olmaları üçün düzgün qərarlar verməyə kömək edir (Zb 92:5; w18.11 s. 20, abz. 8)

Yehova hətta ahıl yaşında belə Ona xidmət edən bəndələrini çox qiymətləndirir (Zb 92:12—15; w20.01 s. 19, abz. 18)

DÜŞÜNÜN: «Özümü Yehovaya həsr edib vəftiz olunmağıma nə mane olur?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 92:5. Nəyə görə demək olar ki, bu sözlər Yehovanın hikmətini gözəl təsvir edir? (cl-E s. 176, abz. 18)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 94:1—23 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Söhbəti elə apar ki, hansısa məqamda həmsöhbətinə bir təbliğçi kimi gördüyün iş barədə danışa biləsən (lmd dərs 5, bənd 3).

5. Təkrar söhbət

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Əvvəllər Müqəddəs Kitab dərsi keçməkdən imtina etmiş bir nəfərə yenidən dərs təklif et (lmd dərs 8, bənd 4).

6. Şagird hazırlamaq

(5 dəq.) Tərəqqi etməyən Müqəddəs Kitab şagirdi ilə söhbət et (lmd dərs 12, bənd 5).

MƏSİHİ HƏYATI

Nəğmə 5

7. Gəncləri narahatlıq bürüyəndə

(15 dəq.). Müzakirə.

Yehovanın xidmətçiləri narahatlıq hissindən sığortalanmayıb. Məsələn, Davud həyatının müxtəlif dövrlərində narahatlıq keçirmişdi. Bu gün də əksər dindaşlarımızın narahatlığı var (Zb 13:2; 139:23). Təəssüf ki, gənclər də narahatlıq keçirir. Bəzən, narahatlıq məktəb, ibadət görüşləri kimi gündəlik məşğuliyyətlərimizə təsir edir. Bu, panik ataklara səbəb ola, hətta insanda intihar etmək istəyi oyada bilər.

Əziz gənclər, narahatlıq hissi sizi bürüyəndə bu haqda valideynlərinizlə və ya yetkin məsihi ilə danışın. Həmçinin Yehovadan kömək istəyin (Fp 4:6). O sizə kömək edəcək (Zb 94:17—19; Əş 41:10). Gəlin Stinq qardaşın nümunəsinə baxaq.

«Yehova mənim qayğımı çəkdi» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

• Stinq qardaşa hansı Müqəddəs Kitab ayəsi kömək etdi və necə?

• Yehova onun qayğısını necə çəkdi?

Əziz valideynlər, övladlarınızı səbirlə dinləyin, onları sevdiyinizi deyin, həmçinin Yehovanın məhəbbətinə əmin edin. Belə etsəniz, övladlarınıza narahatlığın öhdəsindən gəlməyə kömək edə bilərsiniz (Tt 2:4; Yq 1:19). Əmin olun ki, övladlarınıza dayaq olmaq üçün Yehova sizə lazım olan qəlb rahatlığını və gücü verəcək.

Ola bilsin, yığıncaqdakı dindaşlarımızdan kiminsə güclü narahatlıq keçirdiyini bilməyək və ya keçirdiyi hissləri anlamayaq. Bununla belə, yığıncaqdakı bütün dindaşlarımıza məhəbbət göstərə və bizim üçün dəyərli olduqlarını hiss etdirə bilərik (Ms 12:25; İb 10:24).

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 81 və dua