MƏSİHİ HƏYATI
Dirilmə gününə qədər tab gətirin
Doğmalarımızdan kimsə vəfat edəndə dirilmə ümidi bizə təsəlli verir. Bununla belə, ölüm və günah qalın örtük kimi bizi boğur, nəfəs almağa qoymur (Əş 25:7, 8). Bütün xilqətin indiyə kimi inildəyib əzab çəkməsinin bir səbəbi də məhz elə budur (Rm 8:22). Bəs dirilmə baş verənə kimi doğmalarımızın ölümünə necə tab gətirə bilərik? Allahın Kəlamındakı məsləhətlərin bizə köməyi dəyə bilər.
«İTKİYƏ NECƏ DÖZMƏK OLAR?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Daniela, Masahiro və Yoşimi hansı hissləri keçirirdi?
-
Hansı beş məsləhətin onlara köməyi dəydi?
-
Ən böyük təsəlli Mənbəyi kimdir? (2Kr 1:3, 4)