MƏSİHİ HƏYATI
İqtisadi çətinliklər vaxtı qorxuya qapılmayın
Axırzamanda həyat çətinliklərlə doludur. Bu şər dünyanın sonu yaxınlaşdıqca problemlər daha da artacaq. Çox şeydən korluq çəkə bilərik (Hb 3:16—18). İqtisadi çətinliklərə əminliklə necə sinə gərə bilərik? Biz əlimizi Allahımız Yehovanın ətəyindən üzməməliyik. O, xidmətçilərinin qayğısına qalacağını vəd edib, buna görə də heç bir vəziyyətdə bizi ac qoymayacaq (Zb 37:18, 19; İb 13:5, 6).
Nə edə bilərsiniz?
-
Yehovadan məsləhət, hikmət və kömək istəyin (Zb 62:8)
-
Heç vaxt görmədiyiniz işi belə görməyə hazır olun (g-E 1/10 s. 8—9, çər.)
-
Allahın Kəlamını hər gün oxuyun, yığıncaq görüşlərindən qalmayın və xidmətdə müntəzəm iştirak edin
«“EVİNİZİN” MÖHKƏM VƏ DAVAMLI OLMASI ÜÇÜN... “NƏYİNİZ VARSA ONA QANE OLUN”» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Bəzi ailələr hansı çətinliklərlə üzləşir?
-
Həyatda ən vacib şey nədir?
-
Maddi çətinliklə üzləşənlərə necə kömək edə bilərik?