MƏSİHİ HƏYATI
Dualarımız Yehova üçün dəyərlidir
Sadiq insanların duaları Yehova üçün məbəddə yandırılan xoş ətirli buxur kimidir (Zb 141:2). Duada səmavi Atamıza sevgimizi, minnətdarlığımızı ifadə edəndə, dərdimizi-sərimizi, arzu-diləklərimizi Ona danışanda, bizə yol göstərməsini istəyəndə Onunla dostluğumuzu qiymətləndirdiyimizi göstəririk. Sözsüz ki, Yehova yığıncaq görüşlərində edilən ümumi dualara da ibadətimizin vacib hissəsi kimi baxır. Ancaq biz şəxsi dualarımızda ürəyimizi açıb-boşaldanda, Onunla tələsmədən, xeyli danışanda Yehovaya xoş olur (Ms 15:8).
«DAİMA DUA EDİRƏM» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Klodies qardaş hansı xidmət növlərində iştirak edib?
-
Qardaş dua edərək Yehovaya necə arxalanırdı?
-
Klodies qardaşın nümunəsindən nə öyrənirsiniz?