Yeni yaranmış məsihi yığıncağı sınanır
Yenicə vəftiz olunmuş yunandilli dul qadınlar Yerusəlimdə fikirləşdiklərindən artıq qalmalı oldular. Onlar yığıncaqda ayrı-seçkilik kimi problemlə üzləşdilər. Bəs onlar nə etdi? Bu haqsızlığa görə imandan döndülər, yoxsa səbirlə Yehovanın vəziyyəti düzəltməsini gözlədilər?
Stefan daş-qalaq olunandan sonra Yerusəlimdəki məsihilərə qarşı güclü təqib başladı. Bu səbəbdən onlar Yəhudiyyə və Səməriyyə bölgələrinə dağılışdılar. Bəs onlar təbliğ işində zəiflədilər?
Yehovanın köməyi ilə yeni məsihi yığıncağı sınaqlara davam gətirib böyüdü (Hv 6:7; 8:4).
ÖZÜNÜZDƏN SORUŞUN: Sınaqlarla üzləşəndə necə davranıram?