Kontentə keç

Mündəricatı göstər

19—25 may

MƏSƏLLƏR 14

19—25 may

Nəğmə 89 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Fəlakət zamanı hər addımınızı ölçüb-biçin

(10 dəq.)

Eşitdiyiniz «hər sözə» inanmayın (Ms 14:15; w23.02 s. 23, abz. 10—12)

Təkcə öz hisslərinizə və ya təcrübənizə etibar etməyin (Ms 14:12)

Yehovanın təşkilatından gələn göstərişləri qəbul etməyən insanlara qulaq asmayın (Ms 14:7)

DÜŞÜNÜN: Əziz ağsaqqallar, fəlakətlər zamanı verilən göstərişlərə uyğun davranmağa və Yehovaya arxalanmağa hazırsınız? (w24.07 s. 5—6, abz. 11).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Ms 14:15. Qərar verməzdən əvvəl nələri nəzərə almaq lazımdır? (lff dərs 35, bənd 2)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. İqtisadi çətinliyə görə narahatlığını bildirən insana Müqəddəs Kitabdan bir ayə göstər (lmd dərs 3, bənd 3).

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. İnsana əvvəlki söhbətdə maraqlı gələn mövzuya aid jurnal təklif et (lmd dərs 9, bənd 4).

6. Şagird hazırlamaq

(5 dəq.) Şagirdini Müqəddəs Kitabı hər gün oxumağa təşviq et və ona məqsədinə çatmaq üçün nə edə biləcəyini göstər (th dərs 19).

MƏSİHİ HƏYATI

Nəğmə 126

7. Fəlakətə hazır olun

(15 dəq.). Müzakirə.

Ağsaqqal təqdim edir. Əgər filialın və ağsaqqallar şurasının xatırlatmaları varsa, onları da vurğula.

Axırzamanın lap axırında yaşadığımız üçün bilirik ki, bədbəxtliklər daha da çoxalacaq (2Tm 3:1; nwtsty-E, Mt 24:8 ayəsi üçün olan şərh). Fəlakət baş verəndə Yehovanın xalqı vaxtlı-vaxtında göstərişlər alır və bu onların həyatını xilas edir. Həmin vaxtlarda sağ qalmaq üçün indidən itaət göstərərək həm ruhani cəhətdən hazırlaşın, həm də lazımi tədarük görün (Ms 14:6, 8).

  • Ruhani cəhətdən hazırlaşın. Yaxşı ruhani vərdişlərə yiyələnin. Xidmətin müxtəlif növlərində püxtələşin. Yığıncaqdan bir müddət ayrı düşəndə təlaşa qapılmayın (Ms 14:30). Sizin heç vaxt Yehova və İsa ilə əlaqəniz kəsilməyəcək (od s. 175—176, abz. 15—17).

  • Lazımi tədarük görün. Hər evdə fəlakət çantasından savayı, ehtiyatda kifayət qədər ərzaq, su, dərman və sairə şeylər olmalıdır ki, uzun müddət sığınacaqda qalmaq lazım gəlsə, onlardan istifadə edilsin (Ms 22:3; g17.5 s. 4).

«Fəlakətlərə hazırsınız?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  •   Fəlakət zamanı Yehova bizə necə kömək edir?

  •   Fəlakətə hazır olmaq üçün hansı addımları atmaq lazımdır?

  •   Fəlakətdən zərərçəkənlərə necə kömək edə bilərik?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 116 və dua