MƏSİHİ HƏYATI
Söhbət planından necə istifadə etməli?
2018-ci ilin yanvarından «Məsihi həyatı və ibadəti. İş dəftəri»nin ön səhifəsində «Söhbət planı» dərc olunur. Onlardan necə istifadə etmək olar?
Tapşırıq alanda. Söhbət planındakı sualdan, ayədən və keçiddən istifadə etməlisiniz. Ancaq bu o demək deyil ki, təqdimat videosunu sözbəsöz təkrarlamalısınız. Siz başqa vəziyyət seçə bilərsiniz, girişi, söhbətin gedişatını və sairəni başqa cür edə bilərsiniz. Həmçinin tapşırıqda göstəriş olmasa da, xidmət üçün vəsaitlərdən birini təqdim edə bilərsiniz.
Xidmətdə olanda. Söhbət planları bizə ideya vermək üçün tərtib olunub. Maraq göstərən və əlavə məlumat almaq istəyən adamla təkrar söhbətlərin planından istifadə edərək söhbəti davam etdirə bilərsiniz. Söhbət planlarını vəziyyətə uyğun dəyişə bilərsiniz, yaxud tamamilə fərqli təqdimatdan istifadə edə bilərsiniz. Ola bilsin, ötən ayın təqdimatının mövzusu, yaxud tamamilə başqa ayə sizin ərazinizdə maraq doğurur, yaşadığınız yerdə insanları cari hadisələr, yaxud yerli xəbərlər maraqlandırır. Söhbət planından hər necə istifadə etsəniz də, məqsədiniz hər şeyi müjdə naminə edib, onu başqalarına çatdırmaq olmalıdır (1Kr 9:22, 23).