Kontentə keç

Mündəricatı göstər

22—28 iyul

ZƏBUR 66—68

22—28 iyul

Nəğmə 7 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Yehova hər gün yükümüzü daşıyır

(10 dəq.)

Yehova dualarımızı dinləyir və onlara cavab verir (Zb 66:19; w23.05 s. 12, abz. 15)

Yehova ehtiyac içində olanlara nəzər salır (Zb 68:5; w10-E 1/12 s. 23, abz. 6; w09-E 1/4 s. 31, abz. 1)

Yehova hər gün bizə kömək edir (Zb 68:19; w23.01 s. 19, abz. 17)

DÜŞÜNÜN: Yehovanın yükümüzü daşıması üçün necə şərait yarada bilərik?

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 68:18. Qədim İsraildə «insan timsalında hədiyyələr» kimlər idi? (w06 1/6 s. 31, abz. 7)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. Ev sahibi əcnəbidir (lmd dərs 5, bənd 3).

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. Əvvəlki söhbətinizdə verdiyin buklet əsasında söhbəti davam etdir (lmd dərs 9, bənd 3).

6. Şagird hazırla

MƏSİHİ HƏYATI

Nəğmə 102

7. Kiminsə yükünü yüngülləşdirə bilərsiniz?

(15 dəq.). Müzakirə.

Allahın heç bir xidmətçisi üzləşdiyi çətinliklər qarşısında tək deyil (2Sm 20:15; Zb 127:1). Bizim Yehova kimi arxa-dayağımız var (Əş 41:10). Yehova bizə hansı yollarla kömək edir? O, Kəlamı və təşkilatı vasitəsilə bizə göstərişlər verir (Əş 48:17). Öz müqəddəs ruhundan verir (Lk 11:13). Həmçinin dindaşlarımızı bizi ruhlandırmağa və əməli kömək göstərməyə təşviq edir (2Kr 7:6). Bu isə o deməkdir ki, Yehova dindaşlarımızın yükünü yüngülləşdirmək üçün hər birimizdən istifadə edə bilər.

«Yığıncaqda tükənməz məhəbbət göstərin. Yaşlılara» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Yaşlı dindaşlarınızın yükünü yüngülləşdirmək üçün nə edə bilərsiniz?

«Yığıncaqda tükənməz məhəbbət göstərin. Tamvaxtlı xidmətdə olanlara» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Tamvaxtlı xidmətdə olan dindaşlarınızın yükünü yüngülləşdirmək üçün nə edə bilərsiniz?

«Yığıncaqda tükənməz məhəbbət göstərin. Qəriblərə» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Ağır sınaqlarla üzləşən dindaşlarınızın yükünü yüngülləşdirmək üçün nə edə bilərsiniz?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 88 və dua