Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Ürəyə yol tapın

Ürəyə yol tapın

Allaha itaət ürəkdən gəlir (Ms 3:1). Buna görə də təlim verərkən insanların ürəyinə yol tapmalıyıq. Bunu necə edə bilərik?

Dərs keçərkən Müqəddəs Kitab həqiqətini öyrətməklə kifayətlənməyin. Şagirdə kömək edin ki, öyrəndiklərinin həyatına və Yehova ilə münasibətinə necə aid olduğunu görsün. Həmçinin ona Müqəddəs Kitab prinsiplərində Allahın məhəbbətini, kəramətini və ədalətini görməyə kömək edin. Öyrəndiklərinə münasibətini təhlil etməsi üçün ona nəzakətli şəkildə suallar verin. Şagirdə kömək edin ki, yanlış fikirlərini və ya pis vərdişlərini düzəltməyin faydası barədə düşünsün. Şagirdinizin Yehovanı ürəkdən sevdiyini görəndə sizin də sevinciniz artacaq.

«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. ÜRƏYƏ YOL TAPIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə Nita Ceyddən: «Birinci gün danışdığımız haqda fikirləşdin?» — deyə soruşdu?

  • Nita Ceydə Müqəddəs Kitabdakı əxlaq qaydalarını Yehovanın ona olan məhəbbəti ilə əlaqələndirməyə necə kömək etdi?

  • Şagirdimizin ürəyinə yol tapsaq, o, ruhani cəhətdən inkişaf etməyə əzmli olacaq

    Nita Ceydi Allahı sevməklə bağlı necə düşündürdü?