MƏSİHİ HƏYATI
Ərlə arvad nikahlarını necə möhkəmləndirə bilər?
İbrahim də, Sara da bir-birini sevən, bir-birinə hörmət edən gözəl həyat yoldaşı idi (Yr 12:11—13; 1Bt 3:6). Buna baxmayaraq, onların nikahı mükəmməl deyildi. Onların da çətinlikləri olurdu. Ər-arvadlar İbrahimlə Saradan nə öyrənə bilərlər?
Bir-birinizlə ünsiyyət edin. Həyat yoldaşınızın məyus və əsəbi halda dediyi sözlərə kəskin reaksiya verməyin (Yr 16:5, 6). Birlikdə vaxt keçirin. Sözdə və əməldə həyat yoldaşınızı sevdiyinizi göstərin. Ən əsası isə birlikdə mütaliə edərək, dua edərək və ibadət edərək Yehova ilə münasibətlərinizi möhkəmləndirin (Vz 4:12). Möhkəm nikah Yehovaya, bu müqəddəs ittifaqın Banisinə şərəf gətirir.
«NİKAH TELLƏRİNİ MÖHKƏMLƏNDİRİN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Səhnələşdirilmiş videoda Kiara ilə Şaanın bir-birindən soyuduğunu nələr göstərir?
-
Nəyə görə nikahda dürüst, açıq danışmaq vacibdir?
-
İbrahimlə Saranın nümunəsi onlara necə kömək etdi?
-
Şaanla Kiara nikahlarını möhkəmləndirmək üçün hansı addımları atdı?
-
Nəyə görə ərlə arvad nikahlarının mükəmməl olacağını gözləməməlidirlər?