Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Balıqqulağıları

Balıqqulağıları

BALIQQULAĞILARI dənizin dibindəki güclü təzyiqə müqavimət göstərərək molyuskların sərt şəraitdə yaşamasını təmin edir. Onların qoruyucu xassəsi mühəndislərin diqqətini cəlb etmişdir. Belə ki, avtomobil istehsalında və inşaatda tətbiq etmək məqsədilə balıqqulağıların quruluşunu öyrənməyə başlamışlar.

Məlumat. Mütəxəssislər iki cür balıqqulağı formasını araşdırmışlar: ikitaylı və spiralvarı.

Nəticələr göstərdi ki, ikitaylı çanağın üz tərəfindəki xətlər təzyiqi çanağın qıraqlarına doğru yönəldir. Spiralvarı çanağın buruq forması isə təzyiqi çanağın hər iki ucuna doğru istiqamətləndirir. Beləcə, balıqqulağıların həm ikitaylı, həm də spiralvarı formasında təzyiq çanağın ən möhkəm hissəsinə düşür ki, bu da molyuskları zədələnməkdən qoruyur.

Mütəxəssislər təbii çanaqların və süni yolla düzəldilmiş (3D printer vasitəsilə) çanaqların üzərində dayanıqlılıq testi keçiriblər. Nəticələrdən məlum olub ki, təbii çanaqların mürəkkəb səthinin təzyiqə davamlılığı süni canaqlarınkından iki dəfə artıqdır.

Yuxarıdakı tədqiqatların tədbiqi ilə bağlı «Sayentifik Amerikan» jurnalında şərh edilir: «Bir gün çanaq formalı avtomobiliniz olsa, həm dəbli görünəcəksiniz, həm də təhlükəsizlikdə olacaqsınız» («Scientific American»).

Necə fikirləşirsiniz? Balıqqulağının quruluşu təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?