Kontentə keç

Mündəricatı göstər

Bağışlamaq münaqişənin alovlarını söndürə bilər.

ƏR-ARVADLAR ÜÇÜN

4. Bağışlamaq

4. Bağışlamaq

MƏNASI

Bağışlamaq səhvin üstündən keçmək və həmin səhvin yarada biləcəyi istənilən inciklik hissini çıxarıb atmaqdır. Bu, səhvi kiçiltmək və ya heç olmamış kimi hesab etmək deyil.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (Koloslulara 3:13).

«Birini sevəndə diqqətini onun qeyri-kamilliyinə cəmləmirsən, əksinə, onun öz üzərində nə qədər çox çalışdığını görürsən» (Eron).

ZƏRURƏTİ

Kin saxlasanız, özünüzə fiziki və mənəvi cəhətdən ziyan vuracaq, üstəlik, nikahınızı təhlükəyə atacaqsınız.

«Bir dəfə ərim qəlbimi bərk yaraladığı üçün məndən üzr istədi. Onu bağışlamaq mənə çox çətin idi. Sonda onu bağışladım, amma bunu daha tez etmədiyim üçün peşmanam. Bu, münasibətimizdə yersiz gərginliyə gətirib çıxarmışdı» (Culya).

TƏTBİQİ

ÖZÜNÜZÜ YOXLAYIN

Həyat yoldaşınızın söz və ya hərəkətindən inciyəndə özünüzdən soruşun:

  • Həddən artıq həssasam?

  • Bu o dərəcədə ciddi məsələdir ki, məndən üzr istəməsini gözləyirəm, yoxsa üstündən keçə bilərəm?

HƏYAT YOLDAŞINIZLA MÜZAKİRƏ EDİN

  • Adətən, bir-birimizi nə qədər vaxtdan sonra bağışlayırıq?

  • Daha tez bağışlamaq üçün nə edə bilərik?

MƏSLƏHƏTLƏR

  • İnciyəndə həyat yoldaşınıza qarşı bədgüman olmayın.

  • Ona bəraət qazandırmağa çalışın. Yadda saxlayın ki, «hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).

«Təqsir ikimizdə də olanda bağışlamaq asandır, amma bir tərəf təqsirli olanda bağışlamaq daha çətindir. Üzrü qəbul etmək və bağışlamaq əsl təvazökarlıq tələb edir» (Kimberli).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Çalış məsələni tez həll edəsən» (Mətta 5:25).

Kin saxlasanız, özünüzə fiziki və mənəvi cəhətdən ziyan vuracaq, üstəlik, nikahınızı təhlükəyə atacaqsınız.