ÜZ QABIĞINDAKI MÖVZU | DİL SƏDDİNİ AŞIRIQ
Qədim səddi aşırıq
HAL-HAZIRDA dünyada təxminən 7000 dil var. Bir-birindən fərqli bu qədər dilin olması səyahət, ticarət, təhsil və hökumət işlərində müəyyən çətinliklər yaradır. Bu ta qədimdən belədir. Misal üçün, təxminən 2500 il əvvəl Ahaşveroş padşahın (ehtimal ki, I Kserks) hakimiyyəti altında farslar «Hinddən Həbəşə qədər yüz iyirmi yeddi əyalətin başçılarına... hər əyalətin öz yazısında və hər xalqın öz dilində» * yazılan rəsmi fərman çatdırdılar.
Bu gün əksər təşkilatlar, hətta hökumət dairələri çətin ki belə ağır işin altına girsinlər. Amma bir təşkilat var ki, bunu etməyə müvəffəq olub. Yehovanın Şahidləri təşkilatı, 80 jest dili də daxil olmaqla, ümumilikdə 750-dən çox dildə jurnallar, kitablar (o cümlədən Müqəddəs Kitab), audio və video nəşrlər dərc edirlər. Onlar həmçinin gözdən əlil insanlar üçün müxtəlif qrafikalı Brayl əlifbasında nəşrlər də çap edirlər.
Üstəlik, Yehovanın Şahidləri gördükləri bu işin müqabilində maddi mənfəət əldə etmirlər. Tərcüməçilər və digər işçi heyəti bu işi könüllü edir. Nəyə görə Yehovanın Şahidləri bu qədər dilə nəşrlər tərcümə etməyə çalışır? Onlar buna necə nail olurlar?