Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 13

NƏĞMƏ 127 Necə insan olmalıyam?

Yehovanın sizdən razı olduğuna əmin olun

Yehovanın sizdən razı olduğuna əmin olun

«Səndən çox razıyam» (LUKA 3:22).

ƏSAS FİKİR

Görək Yehovanın bizdən razı olduğuna əminliyimizi necə artıra bilərik.

1. Yehovanın bəzi sadiq xidmətçilərində hansı hisslər ola bilər?

 YEHOVANIN Öz xalqından razı olduğunu bilmək necə də xoşdur. Müqəddəs Kitabda deyilir: «Yehova xalqından zövq alır» (Zəb. 149:4). Bununla belə, hərdən bəzilərində bu cür narahatlıq olur: «Görəsən, Yehova şəxsən məndən razıdır?» Müqəddəs Kitabda adı çəkilən bir çox mömin insanda da bəzən bu cür narahatlıqlar baş qaldırırdı (1 İşm. 1:6—10; Əyy. 29:2, 4; Zəb. 51:11).

2. Kimlər Yehovanın razılığını qazana bilər?

2 Allahın Kəlamında aydın şəkildə göstərilir ki, qeyri-kamil insanlar Onun razılığını qazana bilər. Bunun üçün İsa Məsihə iman etmək və vəftiz olunmaq lazımdır (Yəh. 3:16). Beləcə, hamı görəcək ki, biz günahlarımızdan tövbə etmişik və Yehovaya Onun iradəsini yerinə yetirəcəyimizə dair söz vermişik (Həv. 2:38; 3:19). Yehova ilə dost olmaq üçün bu addımları atanda Onun qəlbini sevindiririk. Həsr olunma əhdimizə uyğun yaşamaq üçün əlimizdən gələni edəndə Yehova bizdən razı qalır və bizi Özünə yaxın dost hesab edir (Zəb. 25:14).

3. Hansı üç sualı müzakirə edəcəyik?

3 Bəs nəyə görə hərdən bəziləri düşünür ki, Allah onlardan narazıdır? Yehova bizdən razı qaldığını necə göstərir? Hər bir məsihi Yehovanın ondan razı qaldığına necə əmin ola bilər? Gəlin baxaq.

NƏYƏ GÖRƏ BƏZİLƏRİ YEHOVANIN ONLARDAN NARAZI OLDUĞUNU DÜŞÜNÜR?

4, 5. Özümüzü dəyərsiz hiss etsək də, nəyə əmin ola bilərik?

4 Bir çoxlarımız uşaqlıqdan dəyərsizlik hissi ilə böyümüşük (Zəb. 88:15). Adrian adlı qardaş deyir: «Həmişə özümü dəyərsiz hiss etmişəm. Yadımdadır, uşaq vaxtı həmişə dua edirdim ki, ailəm Cənnətə keçsin. Amma özümü orada olmağa layiq görmürdüm». Yehovanın Şahidi olmayan bir ailədə böyüyən Toni isə deyir: «Valideynlərim heç vaxt məni sevdiklərini, mənimlə fəxr etdiklərini deməzdi. Düşünürdüm ki, nə etsəm də, xeyri yoxdur, onları razı sala bilmərəm».

5 Əgər biz də hərdən dəyərsizlik hissi ilə mübarizə aparırıqsa, onda Yehovanın bizi Özünə necə cəlb etdiyi barədə düşünə bilərik (Yəh. 6:44). O bizim özümüzdə görmədiyimiz yaxşı cəhətlərimizi görür, ürəyimizdəkiləri bilir (1 İşm. 16:7; 2 Saln. 6:30). Ona görə də Yehovanın «siz dəyərlisiniz» sözünə inanmalıyıq (1 Yəh. 3:19, 20).

6. Həvari Bulus keçmişdə etdiyi günahlara görə hansı hissləri keçirirdi?

6 Bəzilərimiz həqiqəti öyrənməzdən əvvəl etdiyimiz səhvlərə görə hələ də özümüzü günahkar hiss edirik (1 But. 4:3). Hətta Yehovaya sədaqətlə xidmət edən məsihilərin arasında da zəiflikləri ilə mübarizə aparanlar var. Bəs sizin də ürəyiniz nəyəsə görə sizi qınayır? Əgər elədirsə, bilin ki, Yehovanın digər sadiq bəndələri də oxşar hisslər keçirib. Məsələn, həvari Bulus zəiflikləri barədə düşünəndə özünü qınayırdı (Rom. 7:24). Təbii ki, o, günahlarından tövbə etmişdi və vəftiz olunmuşdu. Bununla belə, yenə də özünü «həvarilərin ən kiçiyi» və «günah sahiblərindən ən betəri» adlandırmışdı (1 Kor. 15:9; 1 Tim. 1:15).

7. Keçmişdə etdiyimiz günahlarla bağlı nəyi yadda saxlamalıyıq?

7 Səmavi Atamız söz verib ki, tövbə etsək, bizi bağışlayacaq (Zəb. 86:5). Ona görə də etdiyimiz günahlara görə həqiqətən də peşman olsaq, Yehovanın verdiyi bu sözü tutacağına əmin ola bilərik. O bizi bağışlayacaq (Kol. 2:13).

8, 9. «Yehovanı heç vaxt tam razı sala bilmərik» düşüncəsinə necə üstün gələ bilərik?

8 Hər birimiz Yehovaya bacardığımız qədər çox xidmət etmək istəyirik. Bununla belə, bəzilərimiz düşünə bilərik ki, heç vaxt Yehovanı razı salacaq qədər xidmət edə bilmərik. Amanda adlı bir bacı deyir: «Əvvəllər düşünürdüm ki, Yehova üçün əlindən gələni etmək istəyirsənsə, daima daha artığını etməlisən. Özümdən çox şey gözləyirdim. Gücümdən artığını eləməyə çalışırdım. Bacarmayanda isə düşünürdüm ki, mənim kimi Yehova da məndən narazıdır».

9 «Yehovanı heç vaxt tam razı sala bilmərik» düşüncəsinə necə üstün gələ bilərik? Unutmayın ki, Yehova sərt və tələbkar Allah deyil. O, heç vaxt bizdən gücümüzdən artığını tələb etmir. O, əlimizdən gələni etməyimizi qiymətləndirir. Həmçinin Müqəddəs Kitabdan Yehovaya bütün qəlbi ilə xidmət edən kəslərin nümunəsini araşdırın. Məsələn, Bulusu yadınıza salın. O, uzun illər boyu xidmətə can yandırmışdı. Minlərlə kilometr məsafə qət etmiş və yığıncaqlar təsis etmişdi. Bəs vəziyyəti dəyişdiyinə görə daha çox xidmət edə bilməyəndə Bulus Allahın razılığını itirdi? Təbii ki, yox. O, əlindən gələni etməyə davam etdi, Yehova da ona bol nemət verdi (Həv. 28:30, 31). Eynilə, bizim də Yehovanın yolunda etdiklərimiz zaman-zaman dəyişə bilər. Amma ən vacibi Ona hansı niyyətlə xidmət etməyimizdir. Gəlin görək Yehova bizdən razı qaldığını hansı yollarla göstərir.

YEHOVA BİZDƏN RAZI QALDIĞINI NECƏ GÖSTƏRİR?

10. Yehovanın bizdən razı qaldığını necə «eşidə» bilərik? (Yəhya 16:27).

10 Müqəddəs Kitab vasitəsilə. Xalqına onları sevdiyini, onlardan məmnun qaldığını bildirmək Yehovaya xoşdur. Müqəddəs Kitabdan görürük ki, Yehova iki dəfə İsanı «sevimli Oğlum» adlandırmışdı və ondan razı qaldığını demişdi (Mət. 3:17; 17:5). Yehovanın sizdən də razı qaldığını eşitmək istəyərdiniz? O bizimlə birbaşa danışmasa da, Öz Kəlamı vasitəsilə hisslərini bildirir. İsanın müjdələrdə yazılmış sözlərini oxuyanda, sanki Yehovanın bizə dediyi sözləri «eşidirik». (Yəhya 16:27 ayəsini oxuyun.) İsa Atasının xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. Buna görə də onun qeyri-kamil, lakin sədaqətli davamçılarına dediyi razılıq sözlərini oxuyarkən təsəvvür edə bilərik ki, Yehova bu sözləri bizə deyir (Yəh. 15:9, 15).

Yehova bizdən razı qaldığını bir sıra yollarla göstərir (10-cu abzasa baxın)


11. Nəyə əsasən deyə bilərik ki, üzləşdiyimiz çətinliklər Yehovanın bizdən narazı qaldığını göstərmir? (Yaqub 1:12).

11 Əməlləri ilə. Yehova bizə kömək etməyə həmişə hazırdır. Məsələn, O bizim maddi tələbatlarımızın qayğısına qalır. Yehova hərdən çətinliklərlə üzləşməyimizə yol verə bilər. Necə ki, bu, sadiq bəndəsi Əyyubla da baş vermişdi (Əyy. 1:8—11). Çətinliklərlə üzləşməyimiz o demək deyil ki, biz Yehovanın razılığını itirmişik. Əksinə, bu bizə Yehovanı dərin məhəbbətlə sevdiyimizi, Ona etibar etdiyimizi sübut etmək üçün imkan yaradır. (Yaqub 1:12 ayəsini oxuyun.) Yehova bizə dözməyə kömək etdikcə, biz Onun qayğısını, dəstəyini duyuruq.

12. Dmitrinin hadisəsindən nə öyrənirik?

12 Asiyada yaşayan Dmitri adlı qardaşın hadisəsinə baxaq. O, işini itirmişdi və aylardır iş tapa bilmirdi. Buna görə də qardaş xidmətini genişləndirmək qərarına gəlir. Bununla da Yehovaya etibar etdiyini göstərir. Aylar keçir, Dmitri hələ də iş tapa bilmir. Sonra onun səhhətində ciddi problemlər yaranır. Vəziyyət o həddə gəlir ki, Dmitri yataqdan qalxa bilmir. O, yaxşı ər, yaxşı ata ola bilmədiyini və Yehovanın razılığını itirdiyini düşünməyə başlayır. Bir axşam qızı Əşiya 30:15 ayəsində yazılan bu sözləri vərəqdə çap edir: «Sakitlik və etibar sizin gücünüz [olacaq]». Sonra vərəqi Dmitrinin çarpayısının yanına qoyub deyir: «Ata, özünü pis hiss edəndə bu ayəni yadına sal». Dmitri başa düşür ki, Yehova onun ailəsinin zəruri ehtiyaclarını ödəyir, yəni onların yeməyi, geyimi, qalmağa yerləri var. O deyir: «Mənə sadəcə sakitliyimi qorumaq və Yehovaya etibar etmək qalır». Əgər siz də oxşar vəziyyətdəsinizsə, əmin olun, Yehova sizin qayğınıza qalır və sizə dözə bilməyiniz üçün kömək edəcək.

Yehova bizdən razı qaldığını bir sıra yollarla göstərir (12-ci abzasa baxın) a


13. Yehova kimlərin vasitəsilə bizdən razı olduğunu göstərir və necə?

13 Dindaşlarımız vasitəsilə. Yehova bacı-qardaşlarımız vasitəsilə bizdən razı qaldığını göstərir. Məsələn, O, kimlərisə təşviq edə bilər ki, ehtiyac duyduğumuz anda bizi ürəkləndirsinlər. Asiyada yaşayan bir bacı güclü stres keçirdiyi vaxt bunun şahidi olmuşdu. O, işini itirmişdi və ciddi xəstəliyə tutulmuşdu. Daha sonra isə əri günah etmişdi və ağsaqqal təyinatı dayandırılmışdı. Bacı deyir: «Nə baş verdiyini başa düşə bilmirdim. Fikirləşirdim, yəqin nəsə səhv etmişəm və Yehova məndən narazıdır». O yalvararaq Yehovaya deyir ki, hələ də ondan razıdırsa, bunu göstərsin. Bəs Yehova bu duaya necə cavab verir? Bacı deyir: «Yığıncaqdakı ağsaqqallar mənimlə söhbət etdilər və məni əmin etdilər ki, Yehova hələ də məni sevir». Bir müddət sonra o yenə bu barədə Yehovaya dua edir. Bacı sözünə əlavə edir: «Elə həmin gün yığıncaqdakı bir neçə bacı-qardaşdan bir məktub aldım. Onların yazdığı təsəlli sözləri Yehovanın duama verdiyi cavab idi». Bəli, Yehova bizdən razı qaldığını başqalarının ruhlandırıcı sözləri vasitəsilə tez-tez göstərir (Zəb. 10:17).

Yehova bizdən razı qaldığını bir sıra yollarla göstərir (13-cü abzasa baxın) b


14. Yehova başqa hansı yolla bizdən razı qaldığını bildirir?

14 Yehova bizdən razı qaldığını, həmçinin dindaşlarımız vasitəsilə bizə məsləhət verməklə də göstərir. Məsələn, birinci əsrdə həvari Bulusun Yehovanın ilhamı ilə dindaşlarına yazdığı 14 məktub buna sübutdur. Bu məktublarda həvari Bulus dindaşlarına məhəbbətdən irəli gələn, amma eyni zamanda konkret məsləhət vermişdi. Bəs Yehova nəyə görə Bulusu belə bir məsləhət verməyə ilhamlandırmışdı? Çünki Yehova yaxşı Atadır və övladlarını sevdiyi üçün onları tərbiyə edir (Məs. 3:11, 12). Ona görə də kimsə bizə Müqəddəs Kitaba əsaslanan məsləhət verəndə bu, Yehovanın bizdən narazı olduğunu göstərmir. Əksinə, bu o deməkdir ki, Yehova hələ də bizi sevir (İbr. 12:6). Yehovanın razılığını qazandığımız başqa nələrdən görünür?

YEHOVANIN RAZILIĞINI QAZANDIĞIMIZI GÖSTƏRƏN DİGƏR SÜBUTLAR

15. Yehova kimlərə müqəddəs ruh verir və bu bizə hansı əminliyi verir?

15 Yehova razı qaldığı kəslərə müqəddəs ruh verir (Mət. 12:18). Bu sualın üzərində düşünün: «Ruhun bəhrəsinə aid olan hansısa xüsusiyyətləri təzahür etdirirəm?» Sizcə, Yehovanı tanımazdan əvvəl daha səbirli idiniz, yoxsa indi? Ruhun bəhrəsinə aid olan xüsusiyyətləri özünüzdə nə qədər çox inkişaf etdirsəniz, Yehovanın sizdən razı qaldığına bir o qədər çox əmin olacaqsınız. (« Ruhun bəhrəsi» adlı çərçivəyə baxın.)

Yehovanın bizdən razı olduğunun sübutunu necə görə bilərik? (15-ci abzasa baxın)


16. Yehova xoş xəbəri təbliğ etməyi kimlərə həvalə edib və bu, sizdə hansı hissləri oyadır? (1 Salonikililərə 2:4).

16 Yehova razı qaldığı kəslərə xoş xəbəri təbliğ etmək işini həvalə edib. (1 Salonikililərə 2:4 ayəsini oxuyun.) Görün Cozelin adlı bir bacı təbliğ etməyin hansı faydasını görüb. Bir gün Cozelin yuxudan çox kefsiz oyanır. O deyir: «Taqətim yox idi. Özümü yararsız hiss edirdim. Amma öncül olduğuma görə həmin gün xidmətə getməli idim. Beləcə, dua edib evdən çıxdım». Həmin səhər Cozelin Meri adlı mehriban bir qadınla söhbət edir. Qadın Müqəddəs Kitabı öyrənməyə razılaşır. Bir neçə ay sonra Meri bildirir ki, Cozelin onun qapısını döyən gün o, Allaha dua edib kömək istəyirmiş. Cozelin bu hadisədən nə öyrəndi? O deyir: «Sanki Yehova mənimlə danışıb deyirdi: “Səndən razıyam”». Əlbəttə bu o demək deyil ki, təbliğ edəndə hamı bizə qulaq asacaq. Lakin əmin ola bilərik ki, xoş xəbəri insanlarla bölüşmək üçün əlimizdən gələni ediriksə, Yehova bizdən razı qalır.

Yehovanın bizdən razı olduğunun sübutunu necə görə bilərik? (16-cı abzasa baxın) c


17. Vikinin fidyə barədə dediklərindən nə öyrənirsiniz? (Zəbur 5:12).

17 Yehova fidyə qurbanlığı əsasında razı qaldığı kəslərin günahlarını bağışlayır (1 Tim. 2:5, 6). Ola bilsin, fidyəyə inanırsınız və vəftiz olunmusunuz, amma yenə də ürəyinizdə Yehovanın sizdən razı qaldığına şübhə edirsiniz. Unutmayın ki, öz hisslərimizə həmişə etibar edə bilməsək də, Yehovaya həmişə etibar edə bilərik. Yehova fidyəyə iman edən kəsləri saleh sayır və onları mübarək qılacağına söz verir (Zəbur 5:12 ayəsini oxuyun; Rom. 3:26). Fidyə barədə düşünmək Viki bacıya da kömək etmişdi. Bir gün fidyə haqda dərin düşünəndən sonra o bu qənaətə gəlir: «Yehova gör neçə illərdir ki, mənə səbir edib... Mən isə Ona sanki belə demişəm: “Sənin məhəbbətin məni ağuşuna almağa qadir deyil. Sənin Oğlunun qurbanlığı mənim günahlarımı örtə bilməz”». Viki bacı fidyə ənamı barədə düşündükcə Yehovanın məhəbbətini duydu. Biz də fidyə haqda düşünsək, Yehovanın məhəbbətini duyacağıq və Onun bizdən razı qaldığına əmin olacağıq.

Yehovanın bizdən razı olduğunun sübutunu necə görə bilərik? (17-ci abzasa baxın)


18. Səmavi Atamızı daima sevsək, nəyə əmin ola bilərik?

18 Ola bilsin, yuxarıda sadalanan məsləhətlərə əməl etmək sizə çətin gəlsin. Zaman-zaman ruhdan düşə, Yehovanın sizdən razı qalmadığını düşünə bilərsiniz. Bu vaxt yadda saxlayın ki, Yehova Onu sevən kəslərdən razıdır (Yaq. 1:12). Odur ki, Yehovaya yaxınlaşmağa davam edin və Onun sizdən razı qaldığını göstərən bütün yolları görməyə çalışın. Eləcə də bir şeyi heç vaxt unutmayın: Yehova «heç birimizdən uzaq deyil» (Həv. 17:27).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəyə görə bəziləri Yehovanın onlardan narazı olduğunu düşünür?

  • Yehovanın bizdən razı qaldığını göstərən üsullardan bəziləri hansıdır?

  • Allahın razılığını qazandığımıza nəyə görə əmin ola bilərik?

NƏĞMƏ 88 Mənə yollarını öyrət

a ŞƏKLİN İZAHI. Səhnələşdirilib

b ŞƏKLİN İZAHI. Səhnələşdirilib

c ŞƏKLİN İZAHI. Səhnələşdirilib