Mütaliə üçün tövsiyə
Təlimlərimizə gətirilən aydınlıqlardan necə xəbərdar olmaq olar?
Elə bir dövrdə yaşayırıq ki, Yehova Kəlamında yazılanları bir-birinin ardınca bizə açıqlayır (Dən. 12:4). Amma edilən dəyişikliklərdən daima xəbərdar olmaq bizə çətin ola bilər. Bu dəyişiklikləri və onların açıqlamalarını haradan tapa bilərik?
• «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində mövzuya uyğun siyahı var. «Yehovanın Şahidləri» bölməsinə daxil olub «Baxışlar və inanclar» başlığı altında «Təlimlərimizə gətirilən aydınlıq» hissəsinə baxın.
Bəlkə, fərdi mütaliənizdə təzəlikcə təlimlərimizə gətirilən hansısa aydınlığı seçib onun hazırkı izahını və bunun Müqəddəs Kitab əsasını araşdırasınız?