Allahın xalqını qoruyan cəng arabaları və tac
«Əgər Allahınız Yehovaya qulaq assanız, belə də olacaq» (ZƏK. 6:15).
NƏĞMƏ: 61, 22
1, 2. Yerusəlimdəki vəziyyəti təsvir edin.
ZƏKƏRİYYƏNİN yeddinci vəhyi sona çatır. Sözsüz ki, bu vəhy ona ürək-dirək verir. Eyni zamanda, ona qaranlıq qalan məqamlar da var. Yehova söz vermişdi ki, nadürüst insanlar pis əməllərinə görə cavab verəcək. Amma hələ heç nə dəyişməyib. Nadürüstlər, şər əməl sahibləri at oynadır. Yerusəlimdəki məbəd hələ də uçuq-sökük vəziyyətdədir. Axı yəhudilər Yehovanın tapşırığını necə belə tez unuda bilərdilər? Məgər onlar bura öz işləri ilə məşğul olmaq üçün qayıdıblar?
2 Əslində, Yerusəlimə köçənlər güclü iman sahibləri idilər. Onlar ev-eşiklərini, iş-güclərini geridə qoyub bu əraziyə gələn «Allahın təşviq etdiyi» həmin kəslər idi (Üzr. 1:2, 3, 5). Bu adamlar öyrəşdikləri diyarı tərk edib, əksəriyyətinin heç vaxt görmədiyi ölkəyə üz tutmuşdular. Yehovanın məbədinin bərpası onlar üçün vacib olmasaydı, hər halda 1600 kilometrlik daşlı-kəsəkli yolu qət etməzdilər.
3, 4. Yerusəlimə qayıdan yəhudilər hansı maneələrlə üzləşdilər?
3 Gəlin onların səyahətini bir anlıq təsəvvür edək. Şübhəsiz, Üzr. 3:12). Təsəvvür edin ki, siz də bu yolçuların arasındasınız. Şəhərə yaxınlaşdıqca kol-kos basmış dağıntıları görəndə nə hiss edərdiniz? Yerusəlimin darmadağın olmuş divarlarını Babilin ikiqat divarları ilə müqayisə etməyə başlayardınız? Amma xalq ruhdan düşmür, çünki onlar yol boyu Yehovanın müdafiə əlini öz üzərlərində hiss edirdilər. Vətənlərinə çatan kimi xalq ilk növbədə əvvəlki məbədin yerində qurbangah tikib Yehovaya gündəlik qurban təqdim etməyə başlayır (Üzr. 3:1, 2). Xalqın ilkin həvəsi sönməz görünürdü.
yəhudilər yol boyu təzə məskənləri haqda düşünürdülər. Onlar bilirdilər ki, vaxtilə Yerusəlim çox gözəl şəhər olub. Yaşlı nəslin nümayəndələri isə məbədin əvvəlki əzəmətini öz gözləri ilə görmüşdülər (4 Yəhudilərin işi başından aşırdı. Onlar təkcə məbədi yox, şəhərləri də bərpa etməli idilər — evlər tikməli, ailələrini dolandırmaq üçün əkin-biçinlə məşğul olmalı idilər (Üzr. 2:70). Lakin çox keçmədi ki, başlarının üstünü qara buludlar aldı: düşmənləri onlara mane olmağa başladı. Əvvəl-əvvəl onlar bu maneələrə cəsarətlə sinə gərirdilər. Lakin 15 il davam edən müqavimət onların əllərini işdən soyutdu (Üzr. 4:1—4). Eramızdan əvvəl 522-ci ildə isə onlar daha bir zərbə aldılar: fars padşahı Yerusəlimdə tikintini qadağan edən fərman verdi. Bundan sonra şəhərin müqəddəratı müəmmalı idi (Üzr. 4:21—24).
5. Xalqının fəaliyyətsizliyini görən Yehova nə edir?
5 Vəziyyətdən agah olan Yehova xalqını dirçəltmək üçün Zəkəriyyəyə vəhy endirir. Bu vəhydə O, xalqını sevdiyini, bu günə kimi etdikləri işləri qiymətləndirdiyini deyir. Üstəlik, xalqa zəmanət verir ki, Onun tapşırdığı işə qayıtsalar, onları hifz edəcək. Yehova məbədin bərpa olunacağına söz verərək deyir: «Əgər Allahınız Yehovaya qulaq assanız, belə də olacaq» (Zək. 6:15).
CƏNG ARABALARI VƏ ARABAÇILAR
6. a) Zəkəriyyəyə nazil olan səkkizinci vəhy necə başlayır? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Atlar nə üçün fərqli rəngdədir?
6 Zəkəriyyəyə nazil olan vəhylərin içərisində bəlkə də ən çox imanı möhkəmləndirən sonuncu, səkkizinci vəhydir. (Zəkəriyyə 6:1—3 ayələrini oxuyun.) Belə bir səhnəni təsəvvür edin: misdən olan «iki dağ arasından» dörd cəng arabası çıxır. Cəng arabalarını çəkən atlar fərqli rəngdədir. Rənglərinin fərqli olması arabaçıları bir-birindən ayırmağa kömək edir. Bunları görəndə peyğəmbər soruşur: «Ağam, bunlar nədir?» (Zək. 6:4). Sözsüz, biz də bunların nə demək olduğunu bilmək istəyərdik. Çünki bu vəhyin bizə də bilavasitə aidiyyəti var.
Yehova xalqını qorumaq və möhkəmləndirmək üçün bu gün də mələklərdən istifadə edir
7, 8. a) İki dağ nəyin rəmzidir? b) Dağların misdən olması nəyə işarədir?
7 Müqəddəs Kitabda dağ bəzən padşahlıq və ya hökumət simvolu kimi işlənir. Səkkizinci vəhydəki dağlar Dənyalın peyğəmbərliyində adı çəkilən iki dağla eyni şeyi simvolizə edir. Dağın biri Yehovanın ali və əbədi hakimiyyətinin, digəri isə Məsihin idarə etdiyi Padşahlığının rəmzidir (Dən. 2:35, 45). 1914-cü ilin payızında İsa Məsih taxta çıxanda ikinci dağın simvolizə etdiyi padşahlıq da mövcud oldu. Hər iki dağ Allahın iradəsinin yer üzündə icra olunmasında mühüm rol oynayır.
8 Dağların misdən olması hansı Çıx. 27:1—3; 1 Pad. 7:13—16). Beləcə, iki simvolik dağın misdən olması Yehovanın hakimiyyətinin və Məsihin Padşahlığının mükəmməlliyini bildirir. Hər iki padşahlıq bəşəriyyət üçün əmin-amanlıq və bol nemətlər bəxş edəcək.
əhəmiyyəti daşıyır? Mis dəyərli metaldır. Yehovanın buyruğu ilə həm müqəddəs çadırın, həm də Yerusəlimdəki məbədin inşasında bu parlaq metal istifadə olunmuşdu (9. Cəng arabalarını sürənlər kimlərdir və onlar hansı tapşırığı alıblar?
9 Cəng arabalarıyla onları sürənlər nəyi simvolizə edir? Arabaçılar mələklərin, çox güman ki, mələklər ordusunun təmsilidir. (Zəkəriyyə 6:5—8 ayələrini oxuyun.) Onlar «Xudavəndi-aləmin hüzuru»ndan çıxıb xüsusi bir tapşırığı icra etmək üçün gəlirlər. Bu tapşırıq nədən ibarətdir? Arabalar və arabaçılar müəyyən ərazilərə Allahın xalqını qorumaq üçün göndəriliblər. Onlar xalqı xüsusilə də «şimal diyarı»ndan, Babildən qorumalıdırlar. Bununla Yehova xalqına bildirirdi ki, Babil bir də onları əsarət altına almayacaq. Sözsüz ki, məbədi inşa edənlər bundan çox ürəklənmişdilər! Artıq düşmənlərin onlara mane olacağına görə narahat olmamalı idilər.
10. Zəkəriyyənin cəng arabaları və arabaçılarla bağlı peyğəmbərliyi bu gün Allahın xalqını nəyə əmin edir?
10 Zəkəriyyənin dövründə olduğu kimi, ordular Allahı Yehova bu gün də xalqını qorumaq və möhkəmləndirmək üçün mələklərdən istifadə edir (Məl. 3:6; İbr. 1:7, 14). 1919-cu ildə Yehovanın xalqı Böyük Babilin əsarətindən qurtulandan bəri həqiqi din sürətlə yayılmaqdadır. Hətta amansız müqavimətlər belə onun qarşısını ala bilməmişdir (Vəhy 18:4). Allahın xalqı mələklərin müdafiəsi altında olduğundan bir daha yalan dinin əsarətinə düşəcəyindən qorxmur (Zəb. 34:7). Əmin ola bilərik ki, Yehovanın xidmətçiləri bundan sonra da ruhani cəhətdən çiçəklənəcək. Zəkəriyyənin vəhyi göstərir ki, biz bu iki dağın kölgəsi altında tam təhlükəsizlikdəyik.
11. Nəyə görə Allahın xalqı onu qarşıda gözləyən hücumdan qorxmamalıdır?
11 Çox tezliklə Şeytan dünyasının siyasi qüvvələri əlbir olub Allahın xalqını məhv etməyə cəhd edəcəklər (Hizq. 38:2, 10—12; Dən. 11:40, 44, 45; Vəhy 19:19). Hizqiyalın peyğəmbərliyində bu qüvvələr «ölkəni bürüyən buludlar»a bənzədilir. Onlar atlara süvar olub böyük qəzəblə üstümüzə gəlirlər (Hizq. 38:15, 16) *. Bəs biz onlardan qorxmalıyıq? Qətiyyən! Çünki mələklər ordusu bizimlədir. Böyük müsibətin həlledici məqamında ordular Allahı Yehovanın mələkləri Allahın xalqını qorumaq və Onun hakimiyyətinə qarşı çıxanları məhv etmək üçün hücuma keçəcəklər (2 Salon. 1:7, 8). O gün möhtəşəm bir gün olacaq! Bəs Allahın səmavi ordusunun başında kim duracaq?
HƏM PADŞAH, HƏM KAHİN
12, 13. a) Zəkəriyyəyə nə etmək buyrulur? b) «Pöhrə» adlı adamın İsa Məsihin timsalı olduğunu nəyin əsasında demək olar?
12 Allahdan nazil olan səkkizinci vəhydəki görüntüləri yalnız Zəkəriyyə görmüşdü. İndi o, məbədi tikənlərə cəsarət vermək üçün hamının gözü qabağında Allahın bir buyruğunu yerinə yetirməlidir. (Zəkəriyyə 6:9—12 ayələrini oxuyun.) Yehova Zəkəriyyəyə buyurur ki, Babildən təzəlikcə gələn Həlday, Tubyah və Yadaydan qızılla gümüş götürüb tac düzəltsin (Zək. 6:11). Görəsən, tac kimin başına qoyulacaq? Yəqin Yəhuda qəbiləsindən olub, Davudun nəslindən gələn vali Zərubabilin. Amma budur, peyğəmbər tacı baş kahin Yuşənin başına qoyur. Çox güman ki, camaat bunu görəndə məəttəl qalır.
13 Görəsən, baş kahin olan Yuşə indi padşahmı olacaq? Xeyr, Yuşə Davudun sülaləsindən olmadığına görə padşah ola bilməzdi. Onun başına tacın qoyulması gələcəkdə əbədi padşah və kahin olacaq şəxsə işarə edən bir peyğəmbərlik idi. Həm baş kahin, həm də padşah olacaq bu şəxs Pöhrə adlanır. Müqəddəs Kitab aydın göstərir ki, «Pöhrə» İsa Məsihdir (Əşy. 11:1; Mət. 2:23, haş.).
14. İsa Məsih padşah və baş kahin kimi hansı işi görür?
14 Padşah və baş kahin olan İsa Məsih Allahın səmavi ordusunun başçısıdır. O, Şeytan dünyasında yaşayan Allahın xalqının təhlükəsizliyini təmin edir (Ərm. 23:5, 6). Yaxın gələcəkdə Məsih Allahın xalqını müdafiə etmək, Onun hakimiyyətini yer üzündə bərqərar etmək üçün öz ordusu ilə Şeytan dünyasına qarşı vuruşacaq (Vəhy 17:12—14; 19:11, 14, 15). Amma bundan öncə Pöhrə vacib bir işi tamamlamalıdır.
O, MƏBƏDİ TİKƏCƏK
15, 16. a) Bu gün hansı «təmir-bərpa» işləri aparılır və kim tərəfindən? b) Məsihin minillik hakimiyyətinin sonunda hansı nəticə əldə olunacaq?
15 Məsihə padşah və baş kahin vəzifəsindən əlavə, Allahın məbədini tikmək işi də həvalə edilib. (Zəkəriyyə 6:13 ayəsini oxuyun.) Məbədi tikmək işinə 1919-cu ildə Allaha ibadət edənləri Böyük Babildən azad etmək və məsihi yığıncağını bərpa etmək işi daxil idi. İsa Məsih həmçinin «sadiq və ağıllı nökər» təyin edib ki, böyük ruhani məbədin yerüzündəki həyətinin işlərinə rəhbərlik etsin (Mət. 24:45). Bundan əlavə, padşahımız Allahın xalqını, onun ibadətini saflaşdırıb xalisləşdirməklə məşğuldur (Məl. 3:1—3).
16 Məsih və onun 144 000 padşah və kahin şəriki minillik hakimiyyət zamanı insanları kamilliyə yetişdirəcək. Onda yer yalnız Yehovanın saleh bəndələrinin məskəni olacaq. Bəli, xalis ibadət tam bərpa olunacaq!
TİKİNTİ İŞİNDƏ BİZİM ROLUMUZ
17. Yehova yəhudiləri nəyə əmin etdi və Onun ismarıcının bizə hansı aidiyyəti var?
17 Allahın Zəkəriyyə vasitəsilə göndərdiyi xəbər onun müasirlərinə necə təsir etmişdi? Yehova xalqına zəmanət verdi ki, işlərinin keşiyində duracaq. Məbədin tikiləcəyi barədə verilən söz şübhəsiz ki, ruhdan düşmüş xalqın ürəyinə su səpmişdi. Bəs o boyda işi görmək üçün görəsən kifayət qədər işçi haradan tapılacaq? Zəkəriyyənin növbəti sözləri onlarda heç bir narahatlıq və şübhə yeri qoymur. Yehova bildirir ki, Həlday, Tubyah və Yaday kimi sadiq insanlardan başqa, digər insanlar da «gəlib Yehovanın məbədinin Zəkəriyyə 6:15 ayəsini oxuyun.) Yehovanın dəstəyindən xatircəm olan xalq qadağaya baxmayaraq, qollarını çırmalayıb məbədin tikintisini bərpa edir. Yehova da, öz növbəsində, «dağ» boyda maneəni — inşaata qoyulan qadağanı aradan qaldırır və beləcə, məbədin tikintisi e. ə. 515-ci ildə tamamlanır (Üzr. 6:22; Zək. 4:6, 7). Yehovanın sözləri təkcə o dövrə aid deyil, onlar bizim dövrümüz üçün də böyük məna daşıyır.
tikintisində işləyəcək». (18. Zəkəriyyə 6:15 ayəsi bizim dövrümüzdə necə həyata keçir?
18 Bu gün milyonlarla insan Yehovanın ibadətini dəstəkləyir və ruhani məbədin fəaliyyəti üçün «sərvətlərindən» töhfə verir. Bu sərvətə vaxt, güc, maddi vəsait daxildir (Məs. 3:9). Yehovanın gördüyümüz işləri qiymətləndirdiyinə necə əmin ola bilərik? Unutmayın ki, Həlday, Tubyah və Yaday tacı düzəltməsi üçün Zəkəriyyəyə bəxşişlər vermişdi. Bu tac haqq ibadət üçün verdikləri töhfələrin «xatirəsi» idi (Zək. 6:14). Eynilə, bizim də Yehovanın adına göstərdiyiniz məhəbbət, çəkdiyiniz zəhmət heç vaxt unudulmayacaq, əbədiyyən Yehovanın hafizəsində qalacaq (İbr. 6:10).
19. Zəkəriyyəyə nazil olan vəhylər bizi nəyə təşviq etməlidir?
19 İsa Məsih taxta çıxandan bəri haqq ibadətin bərpası üçün görülən işlər Yehovanın xeyir-duasını və Məsihin idarəçiliyini açıq-aydın göstərir. Yehovanın təşkilatı möhkəm, sabit və sarsılmazdır. Bu təşkilat əbədi qalacaq. Yehovanın haqq ibadətlə bağlı verdiyi vədlərin hamısı yerinə yetəcək. Gəlin Allahımız Yehovanın sözünə qulaq asaq və Onun xalqı arasında olmaq imkanını qiymətləndirək. Onda padşah və baş kahin İsa Məsihin və mələklərin müdafiəsinə sığına bilərik. Haqq ibadət yolunda dəstəyinizi heç vaxt əsirgəməyin. O zaman ordular Allahı Yehova bu dövrün axırına kimi və əbədiyyət boyu sizi Öz pənahında saxlayacaq!
^ abz. 11 Əlavə məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2015-ci il 15 may sayının 29, 30-cu səhifələrindəki «Oxucuların sualları» rubrikasına baxın.