TƏLİM MƏQALƏSİ 27
Özünüz barədə lüzumundan artıq fikirləşməyin
«Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin. Hər kəs... sağlam düşüncəni qoruyub saxlasın» (ROM. 12:3).
NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq
İCMAL *
1. Filippililərə 2:3 ayəsində hansı məsləhət var və ona əməl etmək bizə hansı faydanı gətirəcək?
BİZ Yehovanın əmrlərinə təvazökarlıqla tabe oluruq, çünki anlayırıq ki, O bizim üçün nəyin daha yaxşı olduğunu bilir (Efes. 4:22—24). Təvazökar olarıqsa, biz öz istəyimizi yox, Yehovanın iradəsini yerinə yetirəcəyik və başqalarını özümüzdən üstün sayacağıq. Beləcə, həm Yehova ilə, həm də dindaşlarımızla münasibətimiz yaxşı olacaq. (Filippililərə 2:3 ayəsini oxuyun.)
2. Həvari Bulusun sözləri nəyi göstərir və bu məqalədə nəyi araşdıracağıq?
2 Ehtiyatlı olmasaq, Şeytan dünyasında yaşayan qürurlu və xudbin insanların təsiri altına düşə bilərik *. Görünür, eramızın birinci əsrində yaşayan məsihilərin bəziləri belə təsirə uymuşdu. Bunu həvari Bulusun növbəti sözlərindən görmək olar: «Hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin. Hər kəs... sağlam düşüncəni qoruyub saxlasın» (Rom. 12:3). Həvari Bulusun sözlərinə əsasən, özümüz barədə müəyyən dərəcədə fikirləşməliyik. Amma təvazökarlıq bizə həddi aşmamağa kömək edəcək. Gəlin görək təvazökarlıq bizə 1) ailə həyatında, 2) təşkilatdakı məsul işlərdə və 3) sosial şəbəkələrdən istifadə zamanı necə kömək edəcək.
AİLƏ HƏYATINDA TƏVAZÖKAR OLUN
3. Ailədə problemlərin yaranmasına səbəb nə ola bilər və bəziləri çıxış yolunu nədə görür?
3 Yehova nikahın ərlə arvada xoşbəxtlik bəxş etməsini niyyət etmişdi. Amma heç kim kamil olmadığı üçün ailədə söz-söhbətin yaranması qaçılmazdır. Həvari Bulus demişdi ki, ailə həyatı quranların müəyyən çətinlikləri olacaq (1 Kor. 7:28). Bəzi ər-arvadlar bir-birilə yola gedə bilmir, buna görə belə qənaətə gəlirlər ki, yanlış insanla ailə qurublar. Əgər onlar dünyanın təsirinə uyarlarsa, çıxış yolunu boşanmaqda görəcəklər. Ərdə, yaxud arvadda belə fikir yarana bilər ki, hər şeydən vacib öz xoşbəxtliyidir.
4. Hansı fikri ağlımıza gətirməməliyik?
4 «Həyat yoldaşım ürəyimcə deyil» fikrini ağlımıza belə gətirməməliyik. Başa düşürük ki, Müqəddəs Kitab yalnız nikahda cinsi əxlaqsızlıq olduğu halda boşanmağa əsas verir (Mət. 5:32). Ona görə də həvari Bulusun qeyd etdiyi kimi, çətinliklərlə üzləşəndə yol verməməliyik ki, ürəyimizdə qürur baş qaldırsın və bizdə belə fikirlər yaransın: «Mən yoldaşımın vecinə deyiləm. O mənə layiq olduğum məhəbbəti göstərmir. Bəlkə də, mən başqa insanla daha xoşbəxt olaram». Bu cümlələrdəki «mən» sözünə fikir verdiniz? Bu dünyanın hikməti aşılayır ki, «ürəyinin səsinə qulaq as, səni nə xoşbəxt edəcəksə, onu da et, hətta bu, boşanmaq olsa belə». İlahi hikmət isə deyir ki, «təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filip. 2:4). Yehova ailənizi dağıtmağınızı yox, qorumağınızı istəyir (Mət. 19:6). O istəyir ki, qərarlarınız xudbin arzularınıza yox, Onun prinsiplərinə əsaslansın.
5. Efeslilərə 5:33 ayəsinə əsasən, ər-arvad bir-birilə necə rəftar etməlidir?
Efeslilərə 5:33 ayəsini oxuyun.) Müqəddəs Kitab bizi qarşı tərəfdən nə ala biləcəyimizdən çox, özümüzün nə verə biləcəyini düşünməyə təşviq edir (Həv. 20:35). Bəs məhəbbət və hörmət göstərməyə hansı xüsusiyyət kömək edə bilər? Təvazökarlıq. Təvazökar ər və arvad öz xeyrini yox, qarşı tərəfin xeyrini düşünəcək (1 Kor. 10:24).
5 Ər-arvad bir-birilə məhəbbət və hörmətlə davranmalıdır. (6. Stiven və Stefaninin sözlərindən nə öyrəndiniz?
6 Bir çox məsihi ər-arvad təvazökar olmağın sayəsində daha xoşbəxt olub. Misal üçün, Stiven adlı bir ər deyir: «Əgər siz bir komanda olsanız, bir-birinizlə əməkdaşlıq edəcəksiniz, əsas da problem yarananda. Onda “mənim üçün” yox, “bizim üçün nə daha yaxşı olardı” düşünəcəksiniz». Onun yoldaşı Stefani də eyni fikirdədir: «Heç kim rəqibi ilə bir evdə yaşamaq istəməz. Aramızda problem yarananda səbəbini müəyyən edirik. Sonra dua edirik, araşdırma aparırıq və həllini müzakirə edirik. Biz bir-birimizin üstünə düşmürük, problemin üstünə düşürük». Ər və arvad özü barədə lüzumundan artıq fikirləşməsə, mütləq bunun xeyrini görəcək.
YEHOVAYA TAM TƏVAZÖKARLIQLA XİDMƏT EDİN
7. Hansısa məsuliyyət alan qardaşın əhvali-ruhiyyəsi necə olmalıdır?
7 Yehovaya xidmətdə əlimizdən gələni etmək bizim üçün şərəfdir (Zəb. 27:4; 84:10). Əgər qardaş Yehovaya xidmətdə daha çox şey etməyə hazırdırsa, bu, tərifəlayiqdir. Müqəddəs Kitabda yazılıb: «Nəzarətçi olmağa can atan yaxşı şey arzulayır» (1 Tim. 3:1). Bununla belə, qardaş hansısa məsuliyyət alanda özü haqda yüksək fikirdə olmamalıdır (Luka 17:7—10). Onun məqsədi başqalarına təvazökarlıqla xidmət etmək olmalıdır (2 Kor. 12:15).
8. Diotref, Üziyyə və Absalamın hərəkətindən hansı ibrəti götürürük?
8 Müqəddəs Kitabda özləri haqda lüzumundan artıq düşünən insanlardan danışılır. Onlardan biri Diotref yığıncaqda başçılıq etmək sevdasına düşmüşdü (3 Yəh. 9). Üziyyə qürurlanaraq həddini aşmışdı, Yehovanın ona tapşırmadığı bir işi görməyə cəhd etmişdi (2 Saln. 26:16—21). Absalam isə padşah olmaq istədiyi üçün hiyləgərlik edib insanları öz tərəfinə çəkməyə çalışırdı (2 İşm. 15:2—6). Bu hadisələr aydın şəkildə göstərir ki, Yehova özünü ucaldan insanları bəyənmir (Məs. 25:27). Qürur və şöhrətpərəstlik insanı uçuruma aparır (Məs. 16:18).
9. İsa Məsih hansı nümunəni qoyub?
9 Bu insanlardan tamamilə fərqlənən İsa Məsih «Allahın simasında olsa da, hakimiyyəti ələ keçirməyi, yəni Allaha bərabər olmağı fikrinə belə, gətirmədi» (Filip. 2:6). Kainatda Yehovadan sonra ikinci ən səlahiyyətli varlıq olmasına baxmayaraq, İsa heç vaxt özü haqda lüzumundan artıq düşünməyib. O, şagirdlərinə demişdi: «Aranızda ən təvazökar kimdirsə, böyük odur» (Luka 9:48). İsa Məsihdən örnək götürərək təvazökarlıq göstərən öncüllərlə, yığıncaq xidmətçiləri ilə, ağsaqqallarla və rayon nəzarətçiləri ilə xidmət etmək adama zövq verir! Yehovaya təvazökarlıqla xidmət edən məsihilər bir-birinə Yehovanın təşkilatının nişanəsi olan məhəbbət xüsusiyyətini göstərirlər (Yəh. 13:35).
10. Yığıncaqda hansısa problemlərin düzgün şəkildə həll olunmadığını düşünürsünüzsə, nə etməlisiniz?
10 Bəs yığıncaqda müəyyən problemlərin İbr. 13:17). Növbəti suallar sizə düzgün düşüncəyə sahib olmağa kömək edə bilər: «Gördüyüm problemlər, həqiqətənmi, o qədər ciddidir ki, onlara düzəliş etmək lazımdır? Bunu etməyin vaxtı indidir? Onları həll etmək mənim işimdir? Dürüst olsam, mən yığıncaqda birliyin qorunmasına görə narahatam, yoxsa özümü göstərirəm?»
olduğunu və ağsaqqalların onları düzgün şəkildə həll etmədiyini düşünürsünüzsə, onda necə? Gileylənməkdənsə, yaxşı olar ki, təvazökarlıq göstərib rəhbərlik edən qardaşlara dəstək olasınız (11. Efeslilərə 4:2, 3 ayələrinə əsasən, Yehovaya təvazökarlıqla xidmət etmək hansı bəhrələri gətirir?
11 Yehova bacarıqdan çox təvazökarlığa, nailiyyətdən çox birliyə önəm verir. Ona görə də var gücünüzlə çalışın ki, Yehovaya təvazökarlıqla xidmət edəsiniz. Belə etsəniz, yığıncaqda birliyi qoruyacaqsınız. (Efeslilərə 4:2, 3 ayələrini oxuyun.) Təbliğ işində fəal olun. Başqalarına yaxşılıq etməyin yollarını axtarın. Hamıya, o cümlədən yığıncaqda hansısa məsuliyyəti olmayanlara qonaqpərvərlik göstərin (Mət. 6:1—4; Luka 14:12—14). Təvazökar olsanız, yığıncaqdakılar sizin təkcə bacarıqlarınızı yox, təvazökarlığınızı da görəcək.
SOSİAL ŞƏBƏKƏLƏRDƏN İSTİFADƏ EDƏRKƏN TƏVAZÖKAR OLUN
12. Müqəddəs Kitabda dostluq haqda nə deyilir?
12 Yehova bizim dostlarımızla və ailə üzvlərimizlə vaxt keçirməkdən zövq almağımızı istəyir (Zəb. 133:1). İsa Məsihin də yaxşı dostları var idi (Yəh. 15:15). Müqəddəs Kitabda əsl dostlara sahib olmağın gözəl bir nemət olduğu vurğulanır (Məs. 17:17; 18:24). Həmçinin orada deyilir ki, tənhalığa qapılmaq yaxşı deyil (Məs. 18:1). Çoxlarının fikrincə, sosial şəbəkələr dostların sayını artırmağa və tənhalığa qapılmamağa kömək edir. Amma bu ünsiyyət üsulundan istifadə edərkən çox ehtiyatlı olmalıyıq.
13. Nəyə görə sosial şəbəkələrdən istifadə edənlərin bəziləri tənhalığa və depressiyaya daha meyilli olur?
13 Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə paylaşılan şərhlərə və şəkillərə baxmağa çox vaxt sərf edən insanların tənhalığa və depressiyaya qapılmaq ehtimalı böyükdür. Nəyə görə? Səbəblərdən biri odur ki, insanlar sosial şəbəkələrdə, əsasən, həyatlarının xüsusi anlarında çəkilən şəkilləri, özlərinin və dostlarının ən qəşəng şəkillərini sərgiləyir, gəzib-gördükləri yerlərin şəkillərini paylaşır. Onların paylaşdıqlarına baxan insanda elə hiss yarana bilər ki, onun həyatı adi, hətta sıxıcıdır. 19 yaşlı bir bacı deyir: «Görəndə ki, camaat həftəsonları yaxşıca əylənib, mən isə bütün günü evdə oturub darıxdırıcı gün keçirmişəm, pis olurdum».
14. 1 Butrus 3:8 ayəsində yazılan məsləhət sosial şəbəkələrdən düzgün istifadə etməyə necə kömək edə bilər?
14 Əlbəttə ki, sosial şəbəkələrdən faydalı məqsədlər üçün də istifadə etmək olar, məsələn, ailə üzvləri və ya dostlarla əlaqə saxlamaq üçün. Amma yəqin fikir vermisiniz ki, bəziləri paylaşdıqları şeylərlə özlərini reklam edir. Belə etməklə onlar sanki «mənə baxın» ismarıcını yollayırlar. Bəziləri hətta özlərinin, yaxud başqalarının paylaşdığı şəkillərin altında etikadan kənar və ədəbsiz şərhlər yerləşdirir. Bu kimi şeylər məsihiyə yaraşmaz, çünki biz təvazökar və şəfqətli olmağa təşviq olunuruq. (1 Butrus 3:8 ayəsini oxuyun.)
15. Müqəddəs Kitab özümüzü nümayişə qoymamağa necə kömək edir?
15 Sosial şəbəkələrdən istifadə edərkən düşünün: «Paylaşdığım şərhlər, şəkillər və ya videolar insanlarda elə təəssürat yaratmayacaq ki, özümlə öyünürəm? Kimdəsə paxıllıq hissi oyatmaram?» Müqəddəs Kitabda deyilir: «Dünyadakı hər şey — cismin istəyi, gözlərin istəyi və varın nümayişə qoyulması Atadan deyil, 1 Yəh. 2:16). Başqa bir tərcümədə «varın nümayişə qoyulması» ifadəsi «vacib insan kimi görünmək istəyi» kimi tərcümə olunub. Məsihilər özlərini vacib insan kimi göstərməyi lazım bilmirlər. Onlar Müqəddəs Kitab məsləhətinə əməl edirlər: «Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qal. 5:26). Təvazökar olsaq, bu dünyanın lovğalıq ruhuna yoluxmayacağıq.
dünyadandır» (SAĞLAM DÜŞÜNCƏNİ QORUYUB SAXLAYIN
16. Nəyə görə qürurlu olmamalıyıq?
16 Qürurlu insan sağlam düşüncəyə sahib deyil (Rom. 12:3). Belə insan mübahisə edir və xudbin olur. Onun düşüncə və hərəkətləri çox vaxt özünə və başqalarına zərər verir. Əgər o, düşüncə tərzini dəyişməsə, Şeytan onun zehnini korlayacaq, onu kor edəcək (2 Kor. 4:4; 11:3). Təvazökar insan isə sağlam düşüncəyə sahibdir. O özü haqda lüzumundan artıq fikirləşmir, başqalarının bir çox sahələrdə ondan üstün olduğunu qəbul edir (Filip. 2:3). Həmçinin o bilir ki, «Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir» (1 But. 5:5). Sağlamdüşüncəli insan Yehovanın onunla mübarizə aparmasını istəməz.
17. Təvazökar qalmaq üçün nə etməliyik?
17 Təvazökar qalmaq üçün biz Müqəddəs Kitabda yazılan növbəti məsləhətə əməl etməliyik: «Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən çıxarıb, yeni şəxsiyyəti geyinin». Bu elə də asan deyil. Gərək İsa Məsih haqda mütaliə edib, addımbaaddım onun izi ilə gedək (Kol. 3:9, 10; 1 But. 2:21). Bunun üçün zəhmət çəkməyə dəyər. Təvazökarlığa yiyələndikcə ailəmiz daha xoşbəxt olacaq, yığıncaqda birliyi qorumuş olacağıq və sosial şəbəkədən istifadə edərkən özümüzü nümayiş etdirməyəcəyik. Ən əsası isə Yehovanın rəğbətini qazanacağıq.
NƏĞMƏ 117 Ruhun bəhrəsi — yaxşılıq
^ abz. 5 Bu gün hara baxsaq, qürurlu, xudbin insanlara rast gələ bilərik. Ehtiyatlı olmalıyıq ki, onların xasiyyəti bizə sirayət etməsin. Bu məqalədə özümüz barədə lüzumundan artıq fikirləşməməli olduğumuz üç sahəni nəzərdən keçirəcəyik.
^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Qürurlu insan özü barədə həddindən artıq fikirləşir, başqaları haqda isə demək olar ki, fikirləşmir. Buna görə qürurlu insan xudbin insandır. Təvazökarlıq isə insana xudbin olmamağa kömək edir. Təvazökar insan təkəbbür və lovğalıqdan uzaqdır.
^ abz. 56 ŞƏKLİN İZAHI: Regional toplantıda nitq söyləmək bacarığı və nəzarətçi təyinatı olan ağsaqqal həmçinin təbliğ görüşünü aparmağı və ibadət evini təmizləməyi də özünə şərəf sayır.