Hər gün Allahımız Yehova ilə əməkdaşlıq edək
«Biz Allahın əməkdaşlarıyıq» (1 KOR. 3:9).
1. Hansı sahələrdə Yehova ilə əməkdaşlıq edə bilərik?
YEHOVA ALLAH istəyirdi ki, yaratdığı insanlar Onunla əməkdaşlıq edərək niyyətini həyata keçirsinlər. Hal-hazırda insanlar qeyri-kamil olsa da, mömin bəndələr yenə də Yehova ilə hər gün əməkdaşlıq edə bilər. Məsələn, Padşahlıq haqda xoş xəbəri təbliğ edib şagird hazırlayarkən «Allahın əməkdaşları» oluruq (1 Kor. 3:5—9). Kainatın Hökmdarı ilə mühüm bir işdə əməkdaşlıq etməyə layiq görülmək necə də böyük şərəfdir! Lakin bizim Yehova ilə əməkdaşlığımız yalnız təbliğ etmək və şagird hazırlamaq işindən ibarət deyil. Bu məqalədə ailəmizə və dindaşlarımıza kömək etməklə, qonaqpərvərlik göstərməklə, teokratik layihələrdə könüllü kimi iştirak etməklə və xidmətimizi genişləndirməklə Yehova ilə necə əməkdaşlıq edə biləcəyimizi araşdıracağıq (Kol. 3:23).
2. Nə üçün Yehovanın yolunda gördüyünüz işləri başqalarının gördüyü işlərlə müqayisə etmək düzgün olmaz?
2 Bu məqaləni araşdırarkən, çalışın Yehovanın yolunda etdiklərinizi başqalarının gördüyü işlərlə müqayisə etməyəsiniz. Unutmayın ki, hər kəsin yaşı, sağlamlığı, vəziyyəti və bacarığı fərqlidir. Həvari Bulus Allahdan ilham alaraq yazırdı: «Qoy Qal. 6:4).
hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (AİLƏMİZƏ VƏ DİNDAŞLARIMIZA KÖMƏK EDƏK
3. Nəyin əsasında demək olar ki, ailəsinin qeydinə qalan hər bir kəs Yehova ilə əməkdaşlıq edir?
3 Yehova Allah xidmətçilərindən ailələrinin qayğısına qalmalarını gözləyir. Məsələn, ola bilsin, kimsə ailə üzvlərini dolandırmaq üçün işləməlidir. Bir çox analar körpələrinin qayğısına qalmaq üçün evdə qalmalı olur. Bəziləri isə xəstə valideynlərinə baxmalıdır. Bütün bunları etmək çox vacibdir. Allahın Kəlamında yazılıb: «Əgər kimsə öz yaxınlarının, ələlxüsus da, ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir» (1 Tim. 5:8). Əgər sizin də belə bir öhdəçiliyiniz varsa, çox güman ki, Yehovanın yolunda könlünüz istəyən qədər çox iş görə bilmirsiniz. Lakin ürəyinizi sıxmayın! Siz ailənizin qayğısına qalmaqla Yehovanı məmnun edirsiniz (1 Kor. 10:31).
4. Valideynlər Padşahlığın maraqlarını öz maraqlarından necə üstün tuta bilər və bu, hansı bəhrələr verir?
4 Məsihi valideynlər uşaqlarına ruhani məqsədlər qoymağa kömək etməklə Yehova ilə əməkdaşlıq etmiş olur. Bunu edən bir çox valideynin övladları sonradan Yehovaya tamvaxtlı xidmət etmək qərarı veriblər. Hətta onların arasında ailələrindən uzaqda xidmət edənlər də var. Bəziləri xüsusi təyinatlı müjdəçidir, digərləri təbliğçilərə tələbat olan ərazilərdə öncül kimi xidmət edir, bir başqaları isə Beyteldə çalışır. Övladlarının ailədən uzaqda olması o deməkdir ki, valideynlər onlarla istədikləri qədər vaxt keçirə bilmir. Bununla belə, fədakar valideynlər övladlarını təyinatlarını davam etdirməyə təşviq edirlər. Nəyə görə? Çünki onlar xoşbəxtdirlər ki, övladları Yehovaya ibadəti həyatlarında hər şeydən üstün tutur (3 Yəh. 4). Belə valideynlər «[oğlumu] Yehovaya verirəm» deyən Hənnənin keçirdiyi hissləri keçirirlər. Onlar Yehova ilə bu cür əməkdaşlığı özlərinə əsl şərəf bilir və övladlarının Yehovaya xidmət etmələrindən tam məmnundurlar (1 İşm. 1:28).
5. Yığıncağınızdakı bacı-qardaşlara necə kömək edə bilərsiniz? (Məqalənin əvvəlindəki şəklə baxın.)
5 Əgər üzərinizdəki ailə məsuliyyətləri sizə mane olmursa, yığıncağınızdakı yaşlılara, xəstələrə, onların qeydinə qalan insanlara, ya da digər ehtiyacı olanlara kömək edə bilərsiniz? Yığıncaqda kimlərin köməyə ehtiyac duyduğuna diqqət yetirməyə çalışın. Məsələn, yaşlı valideynlərinə baxan bacı başqa işlərini görə bilsin deyə, onun valideynləri ilə vaxt keçirə bilərsiniz. Həmçinin xəstəxanada yatan birini ziyarət etməklə, kimisə yığıncağa gətirməklə və ya kiməsə bazarlıq etməklə köməklik göstərə bilərsiniz. Bu yolla siz dualara cavab verən Yehovanın əməkdaşı ola bilərsiniz. (1 Korinflilərə 10:24 ayəsini oxuyun.)
QONAQPƏRVƏR OLAQ
6. Qonaqpərvərlik göstərmək nə deməkdir?
6 Allahın əməkdaşları qonaqpərvərlikləri ilə seçilir. İncildə «qonaqpərvərlik» kimi tərcümə olunmuş söz hərfən «yadlara xeyirxahlıq» mənasını daşıyır (İbr. 13:2). Allahın Kəlamında bizi bu cür məhəbbət göstərməyə səsləyən çoxlu nümunələr var (Yar. 18:1—5). Nə qədər ki əlimizdə imkan var, dindaşımız olub-olmamasından asılı olmayaraq, insanlara kömək etmək üçün fürsət axtarmalıyıq (Qal. 6:10).
7. Yığıncağınızı ziyarət edən tamvaxtlı xidmətçilərə qonaqpərvərlik göstərmək hansı bəhrəni verir?
3 Yəhya 5, 8 ayələrini oxuyun.) Bunun sayəsində «bir-birimizi ruhlandıra»cağıq (Rom. 1:11, 12). Olaf adlı bir qardaşın nümunəsinə nəzər salaq. Uzun illər öncə onların yığıncaqlarını ziyarət edən subay rayon nəzarətçisinə qalmağa yer lazım idi, lakin yığıncaq üzvləri qardaşı evlərinə dəvət edə bilmir. Olaf rayon nəzarətçisinin onların evində qalması üçün Yehovanın Şahidi olmayan valideynlərindən icazə istəyir. Valideynləri razılıq verir, amma bir şərtlə ki, Olaf divanda yatacaqdı. O, razılaşır və buna görə heç də peşman olmur. Olaf rayon nəzarətçisi ilə gözəl bir həftə keçirir! O deyir: «Rayon nəzarətçimiz və mən hər gün tezdən oyanıb süfrə arxasında çoxlu maraqlı söhbətlər edirdik. O, məni o qədər ruhlandırdı ki, mən də tamvaxtlı xidmət etmək istədim». Ötən 40 il ərzində Olaf qardaş bir çox ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edib.
7 Yığıncağımızı ziyarət edən tamvaxtlı xidmətçilərə qonaqpərvərlik göstərməklə Yehova ilə əməkdaşlıq edə bilərik. (8. Nə üçün insanlar dəyərləndirməsə belə, yaxşılıq etməliyik? Nümunə çəkin.
8 Ola bilsin insanlar etdiklərimizi əvvəl-əvvəl qiymətləndirməsinlər, bununla belə onlara müxtəlif yollarla məhəbbət göstərə bilərik. Gəlin bir nümunəyə baxaq. İspaniyadan olan bir bacı Müqəddəs Kitab dərsi keçdiyi Yesikanın ağladığını görüb səbəbini soruşur. Yesika Ekvadordan İspaniyaya köçməzdən öncə baş verən bir hadisəni danışır. O deyir ki, çox kasıb şəraitdə yaşayırdı və bir gün qızına verməyə sudan başqa heç nəyi qalmamışdı. O, uşağı yellədərək yatızdırmağa çalışır və kömək üçün dua edir. Çox keçməmiş iki Yehovanın Şahidi onun qapısını döyür. Yesika onlarla kobud danışır və bacıların verdiyi jurnalı cırıq-cırıq edib deyir: «Qızıma bunu yedizdirim?» Bacılar Yesikaya təsəlli verməyə çalışsalar da, o dinləmək istəmir. Sonra bacılar onun qapısının ağzına bir səbətin içində ərzaq qoyur. Onların bu cür qayğısı Yesikaya təsir edir. Bacı ilə dərs keçəndə Yesika anlayır ki, o vaxt Yehovanın onun duasına verdiyi cavabı qəbul etməyib və indi buna görə ağlayır. Hal-hazırda Yesika Yehovaya xidmət etməyə qəti qərarlıdır. Görün bu bacıların səxavəti necə gözəl nəticə verdi! (Vaiz 11:1, 6).
TEOKRATİK İŞLƏRDƏ İŞTİRAK EDƏK
9, 10. a) İsraillilərin hansı işlərdə könüllü iştirak etmək imkanı var idi? b) Qardaşlar yığıncağın hansı işlərində kömək edə bilər?
9 Qədimdə İsraildə müxtəlif işləri görmək üçün könüllülərə ehtiyac olurdu (Çıx. 36:2; 1 Saln. 29:5; Nəh. 11:2). Bu gün də vaxtımızdan, maddi vəsaitlərimizdən və bacarığımızdan könüllü olaraq bacı-qardaşlarımıza kömək etmək üçün istifadə etmək imkanımız var. Belə etsək, böyük sevinc duyacaq və bol-bol nemətlər alacağıq.
10 Allahın Kəlamında qardaşlar yığıncaq xidmətçisi və ağsaqqal kimi xidmət etməklə Yehova ilə əməkdaşlıq etməyə təşviq olunur (1 Tim. 3:1, 8, 9; 1 But. 5:2, 3). Belə qardaşlar başqalarına həm praktiki köməklik göstərir, həm də ibadətlə bağlı məsələlərdə yardım əllərini uzadır (Həv. 6:1—4). Ağsaqqallar sizdən xidmətçi olmağı, ədəbiyyatlara, sahələrə, təmir və digər işlərə kömək etməyinizi xahiş ediblərmi? Bu kimi işləri görənlər sizə başqalarına xidmət etməyin nə qədər sevinc gətirdiyi barədə danışa bilər.
11. Bir bacı teokratik layihələrdə iştirak etməklə hansı faydanı əldə etmişdi?
11 Teokratik işlərlə məşğul olan könüllülər yeni dostlar qazanır. 18 il ərzində Rom. 1:12). Həyatının çətin anlarında tikinti layihələrində qazandığı dostları Margi bacıya çox dəstək olub. Bəs siz nə vaxtsa tikinti layihəsində iştirak etmisiniz? Hər hansı bacarığınızın olub-olmamasından asılı olmayaraq teokratik işlərdə kömək edə bilərsiniz.
ibadət evlərinin tikinti layihəsində çalışan Margi bacının nümunəsinə nəzər salaq. Bu illər ərzində o, çoxlu gənc bacılara qayğı ilə təlim verib. O deyir ki, bu layihələr bir-birimizi ruhlandırmaq üçün əla imkan yaradır (12. Təbii fəlakətlərdən zərər çəkənlərə necə yardım göstərə bilərsiniz?
12 Təbii fəlakətlər baş verən zaman Allahın xalqının Onunla əməkdaşlıq edərək dindaşlarına kömək etmək imkanı olur. Misal üçün, onlar zərərçəkmişlərə maddi dəstək göstərir (Yəh. 13:34, 35; Həv. 11:27—30). Həmçinin fəlakətdən sonra təmizlik və təmir işlərində kömək edirlər. Polşadan olan Qabriela adlı bacımızın evi daşqından sonra tamamilə yararsız hala düşmüşdü. Yaxınlıqdakı yığıncaqlardan olan bacı-qardaşların ona kömək etməyə gəldiyini görəndə onun sevinci yerə-göyə sığmırdı. Qabriela bacı deyir: «Nələr itirdiyim haqda danışmaq istəmirəm, onlar maddi şeylərdir. Sizə nələr qazandığımı demək istəyirəm. Bu hadisə məni əmin etdi ki, məsihi yığıncağının bir hissəsi olmaq böyük şərəfdir, insana xoşbəxtlik və sevinc bəxş edir». Təbii fəlakətlərdən sonra yardım alan bir çox bacı-qardaşımız da buna bənzər hisslər keçirir. Yehova ilə əməkdaşlıq edərək onlara kömək edənlərin özləri də böyük məmnunluq duyur. (Həvarilərin işləri 20:35; 2 Korinflilərə 9:6, 7 ayələrini oxuyun.)
13. Könüllü kimi xidmət Yehova ilə münasibətlərimizi necə möhkəmləndirir? Nümunə çəkin.
13 Stefani adlı bacımızın və digər təbliğçilərin başqa sahədə Yehovanın əməkdaşı olmaq imkanı olub. Onlar ölkələrindəki müharibəyə görə Birləşmiş Ştatlarda məskunlaşmış Yehovanın Şahidlərinə kömək etmək sevincini duyublar. Onlar bu ailələrə ev və lazımi mebel tapmağa kömək edib. O deyir: «Onların ümumdünya qardaşlıq məhəbbətini görüb necə sevindiklərinə,
necə minnətdar olduqlarına şahid olmaq ürəyimizi riqqətə gətirirdi. Bu bacı-qardaşlar deyir ki, biz onlara kömək etmişik, əslində isə onların bizə daha çox köməyi dəyib. Şahidi olduğumuz məhəbbət, birlik, iman, Yehovaya etibar Allahımıza məhəbbətimizi daha da möhkəmləndirdi və Onun təşkilatı vasitəsilə aldığımız hər bir şeyə görə minnətdarlığımızı birə-beş artırdı».XİDMƏTİMİZİ GENİŞLƏNDİRƏK
14, 15. a) Əşiya peyğəmbər hansı əhval-ruhiyyədə idi? b) Məsihilər Əşiya peyğəmbərin əhval-ruhiyyəsini necə əks etdirə bilər?
14 Yehova ilə əməkdaşlığınızı daha da genişləndirmək istəyərdiniz? Məsələn, Yehovanın təşkilatında könüllülərə daha çox tələbat olan yerdə xidmət edə bilərsiniz? Əlbəttə, Yehovaya xidmət etmək üçün harasa köçmək mütləq deyil. Lakin bəzi bacı-qardaşların şəraiti buna yol verir. Onlar Əşiya peyğəmbərin əhval-ruhiyyəsini əks etdirirlər. Yehova: «Kimi göndərim? Bizim üçün kim gedər?» — deyə soruşanda peyğəmbər demişdi: «Mən gedərəm! Məni göndər!» (Əşy. 6:8). Bəs sizin könüllülərə tələbat olan yerlərdə kömək etmək istəyiniz və imkanınız var? Hansı sahələrdə kömək edə bilərsiniz?
15 İsa Məsih təbliğ etmək və şagird hazırlamaq işi ilə bağlı demişdi: «Məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Mət. 9:37, 38). Təbliğçilərə tələbat olan ərazidə öncüllük edə bilərsiniz? Bəlkə, başqasına bu sahədə yardım etmək imkanınız var? Bir çox bacı-qardaşımız Yehovaya və insanlara məhəbbət göstərməyin ən gözəl yolunun «biçinçilərə» tələbat olan ərazilərdə öncüllük etmək olduğunu deyir. Xidmətinizi genişləndirməyin başqa hansı yolları var? Əmin olun ki, bundan böyük sevinc əldə edəcəksiniz.
16, 17. Yehovaya xidməti genişləndirmək istəyənlər üçün daha hansı imkanlar var?
16 Beyteldə, yaxud teokratik binaların inşasında ya müvəqqəti olaraq, ya da həftənin bir neçə günü kömək etmək istəyərdiniz? İstənilən yerdə xidmət etməyə və istənilən tapşırığı yerinə yetirməyə hazır olan şəxslərə Yehovanın təşkilatında həmişə ehtiyac var. Bu zaman onlara təcrübələrinin və bacarıqlarının olduğu sahədən tamam fərqli iş tapşırıla bilər. Yehova könüllülərə tələbat olan yerdə xidmət edən şəxslərin fədakarlığını çox qiymətləndirir (Zəb. 110:3).
17 Müqəddəs xidmətinizi daha yaxşı icra etmək üçün əlavə təlim almaq istəyərdiniz? Bunun üçün Padşahlıq Müjdəçiləri Məktəbinə ərizə doldura bilərsiniz. Bu məktəb tamvaxtlı xidmətdə olan yetkin bacı-qardaşlara təşkilatda daha çox işlər görə bilmələri üçün təlim verir. Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün ərizə verən şəxslər məzun olduqdan sonra istənilən təyinatı qəbul etməyə hazır olmalıdır. Bəs siz bu imkandan yararlanaraq Yehovanın təşkilatı üçün daha çox işlər görmək istəyərdiniz? (1 Kor. 9:23).
18. Yehova ilə hər gün əməkdaşlıq etmək sizə hansı faydanı gətirir?
18 Yehovanın xalqının bir üzvü olaraq biz xeyirxahlığın, yaxşılığın, məhəbbətin təzahürü olan səxavət xüsusiyyətini özümüzdə yetişdirib hər gün bir-birimizin qayğısına qalmağa təşviq olunuruq. Belə davranmaq bizə sevinc, qəlb rahatlığı və xoşbəxtlik bəxş edir (Qal. 5:22, 23). Şəraitinizin necə olmasından asılı olmayaraq Yehovanın səxavətini təqlid edərək sevinc duya və Onun dəyərli əməkdaşı ola bilərsiniz! (Məs. 3:9, 10).