Bütün faktları bilirsiniz?
«Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (MƏS. 18:13).
1, 2. a) Məsihilər nəyi öyrənməlidir və nəyə görə? b) Bu məqalədə hansı mövzu araşdırılacaq?
BİZ məsihilər məlumatın dəqiqliyini yoxlamağı və düzgün nəticə çıxarmağı öyrənməliyik (Məs. 3:21—23; 8:4, 5). Əgər bunu bacarmasaq, Şeytan və onun dünyası bizim düşüncəmizi asanlıqla korlayacaq (Efes. 5:6; Kol. 2:8). Sözsüz ki, yalnız faktları bildiyimiz təqdirdə düzgün nəticəyə gəlmək mümkündür. Məsəllər 18:13 ayəsinə əsasən, faktları dinləmədən cavab vermək səfehlik və rəzillikdir.
2 Bu məqalədə faktları əldə etmək və düzgün nəticəyə gəlməklə bağlı yaranan bəzi çətinlikləri müzakirə edəcəyik. Araşdıracağımız Müqəddəs Kitab prinsipləri və nümunələr məlumatı dəqiqləşdirməkdə bizə kömək edəcək.
HƏR SÖZƏ İNANMAYIN!
3. Nə üçün Məsəllər 14:15 ayəsindəki prinsipə əməl etməliyik? (Məqalənin əvvəlindəki şəklə baxın.)
3 Bu gün insanlar hər tərəfdən məlumat atəşinə tutulub. İnternet səhifələri, televiziya və digər kütləvi informasiya vasitələri durmadan məlumat yağdırır. Çoxları dost-tanışından müxtəlif mətnli mesajlar, elektron məktublar alır. Bilərəkdən səhv məlumat yaymaq, faktları təhrif etmək adi hal aldığı üçün ehtiyatlı olmalı və eşitdiklərimizin doğruluğunu Məsəllər 14:15 ayəsində deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər».
yoxlamalıyıq. Bu sahədə bizə hansı Müqəddəs Kitab prinsipi kömək edə bilər?4. Filippililərə 4:8, 9 ayələri oxumaq üçün material seçməkdə bizə necə kömək edir və dəqiq məlumat almaq nə üçün vacibdir? (« Faktları əldə etməyə kömək edən bəzi vəsaitlər» adlı çərçivəyə baxın.)
4 Düzgün nəticəyə gəlmək üçün əlimizdə tutarlı faktlar olmalıdır. Buna görə də biz oxuyacağımız məlumatların seçiminə çox həssas və olduqca ciddi yanaşmalıyıq. (Filippililərə 4:8, 9 ayələrini oxuyun.) Vaxtımızı şübhə doğuran internet xəbər saytlarında dolaşmağa və ya elektron məktub vasitəsilə yayılan əsassız məlumatları oxumağa sərf etməməliyik. Xüsusilə də dönüklərin öz fikirlərini yaydıqları saytlardan uzaq durmaq vacibdir. Onların bir amalı var, o da Allahın xalqının imanını zəiflətmək və həqiqəti təhrif etmək. Etibarsız məlumat yanlış nəticə çıxarmağımıza səbəb olur. Heç vaxt düşünməyin ki, yanlış məlumatlar sizin zehninizə və ürəyinizə təsir edə bilməz (1 Tim. 6:20, 21).
5. İsraillilərə hansı yanlış məlumat çatdırıldı və bu, onlara necə təsir etdi?
5 Yanlış məlumata inanmağın axırı pis ola bilər. Məsələn, Musa peyğəmbərin dövründə baş verən bir hadisəyə nəzər salaq. Vəd edilmiş diyara kəşfiyyata gedən 12 nəfərdən 10-u pis xəbərlə qayıtdı (Say. 13:25—33). Onlar gördüklərini şişirdib danışaraq xalqı qorxuya saldılar (Say. 14:1—4). Xalq nə üçün təşvişə düşdü? Ola bilsin, pis xəbər gətirənlər çoxluq təşkil etdiyinə görə onların dediklərinin düz olduğunu düşündülər. Camaat Yuşə və Kalibin Vəd edilmiş diyar haqda xoş təəssüratlarını eşitmək istəmədi (Say. 14:6—10). Bütün dəlilləri nəzərdən keçirmək və Yehovaya etibar etmək əvəzinə, onlar pis xəbər gətirənlərin sözünə qulaq asdılar. Bu, necə də axmaqlıq idi!
6. Nə üçün Yehovanın xalqı haqqında gəzən söz-söhbətlər bizi təəccübləndirməməlidir?
6 Yehovanın xalqı haqqında məlumatlara rast gələndə xüsusilə ehtiyatlı olmaq lazımdır. Heç vaxt unutmayaq ki, Şeytan Allahın mömin bəndələrini ittiham edir (Vəhy 12:10). Buna görə də İsa Məsih həqiqət əleyhdarlarının haqqımızda «hər cür yalan və pis söz» danışacağı barədə bizi xəbərdar etmişdi (Mət. 5:11). Onun bu xəbərdarlığını yadda saxlasaq, Allahın xalqı haqqında yayılan söz-söhbətlər bizi təəccübləndirməyəcək.
7. Elektron məktub və ya mesaj göndərməzdən öncə nələri nəzərə almalıyıq?
7 Dost-tanışlarınıza elektron məktub və ya mesajlar göndərməyi xoşlayırsınız? Əgər xoşlayırsınızsa, yəqin yeni xəbərə rast gələndə və ya hansısa hadisəni eşidəndə özünüzü xəbəri isti-isti çatdırmaq istəyən müxbir kimi hiss edirsiniz. Lakin həmin xəbəri yaymazdan əvvəl dayanıb düşün: «Yaymaq istədiyim bu məlumatın doğruluğuna əminəm? Əlimdə faktlar var?» Əgər məlumatın doğruluğuna əmin deyilsinizsə, onda bacı-qardaşlar arasında yalan məlumat yaymış olacaqsınız. Ona görə də şübhəniz varsa, «Göndər» yox, «Sil» düyməsini basın.
8. Bəzi ölkələrdə əleyhdarlar nəyə əl atmışdılar və necə ola bilər ki, özümüz də bilmədən onları dəstəkləyək?
8 Elektron məktubları və mesajları tez-tələsik göndərməyin digər təhlükəsi də var. Bəzi ölkələrdə fəaliyyətimizə məhdudiyyətlər və ya qadağalar qoyulub. Ola bilsin, həmin ölkələrdə əleyhdarlarımız bizi qorxuya salmaq, aramızdakı etibarı sarsıtmaq üçün qəsdən yalan məlumatlar *. Əfsuslar olsun ki, çoxları bu şayiələrə aldanaraq Yehovanın təşkilatından ayrılmışdı. Bəziləri sonradan qayıtsalar da, digərləri geri dönmədi, onların imanı gəmi kimi qəzaya uğradı (1 Tim. 1:19). Eyni aqibətlə üzləşməmək üçün nə etmək olar? Xoşagəlməz, dəqiqliyinə əmin olmadığınız məlumatı yaymayın. Sadəlövh olmayın, hər eşitdiyinizə inanmayın. Bütün faktlardan agah olduğunuza əmin olun.
yaysın. Keçmiş Sovet İttifaqında baş vermiş bir hadisəyə nəzər salaq. KQB kimi tanınan gizli polis şayiə yaymışdı ki, bəzi adlı-sanlı qardaşlar Yehovanın xalqına xəyanət edibNATAMAM MƏLUMAT
9. Dəqiq məlumat almağımızı çətinləşdirən başqa bir səbəb hansıdır?
9 Bəzən aldığımız məlumatın natamam olması və ya qismən doğru olması düzgün nəticəyə gəlməyimizə mane ola bilər. Lakin 100 faizdən 10 faizi həqiqət olan məlumat nə dərəcədə etibarlı ola bilər?! Bu cür yarı yalan, yarı doğru hekayələrə aldanmamaq üçün nə edə bilərik? (Efes. 4:14).
10. Nəyə görə israillilər az qala qardaşlarının qanına bais olacaqdılar və nəyin sayəsində bu baş vermədi?
10 Gəlin Yuşənin dövründə İordan çayının qərb sahilində yaşayan israillilərlə bağlı bir hadisəni xatırlayaq (Yuş. 22:9—34). İsraillilərə xəbər çatır ki, İordan çayının şərq sahilində yaşayan qardaşları (Rubən və Cad qəbiləsi, həmçinin Mənəssə qəbiləsinin yarısı) İordanın yaxınlığında böyük və möhtəşəm qurbangah tikib. Bu məlumatda müəyyən qədər həqiqət var idi. Lakin israillilər bu natamam məlumat əsasında qardaşlarının Yehovaya asi çıxdığı qənaətinə gəlib, onlara qarşı döyüşə yollanır. (Yuşə 22:9—12 ayələrini oxuyun.) Yaxşı ki, hücuma keçməzdən öncə məsələni hərtərəfli dəqiqləşdirmək üçün qardaşlarının yanına etibarlı şəxslər göndərirlər. Məlum olur ki, Rubən və Cad qəbiləsi, həmçinin Mənəssə qəbiləsinin yarısı həqiqətən də qurbangah tikib. Amma bunu qurban gətirmək məqsədilə yox, sadəcə abidə olaraq tikiblər. Bu qurbangah gələcək nəsillərə şəhadət verəcəkdi ki, onlar Yehovanın sadiq xidmətçiləri olub. Şübhəsiz, bu israillilər natamam məlumatlara inanaraq qardaşlarının qanına bais olmadıqlarına, səbirlə bütün faktları araşdırdıqlarına görə çox şad idilər!
11. a) Mefiboşet hansı haqsızlıqla üzləşdi? b) Haqsızlığa yol verməmək üçün Davud peyğəmbər nə edə bilərdi?
11 Hər birimiz haqqımızda gəzən natamam, yaxud yarı gerçək məlumatların ucbatından haqsızlıqla üzləşə bilərik. Davud peyğəmbərlə Mefiboşet arasında baş vermiş bir əhvalata nəzər salaq. Peyğəmbər Mefiboşetə böyük xeyirxahlıq və səxavət göstərmiş, babası Talutun bütün torpaqlarını ona qaytarmışdı (2 İşm. 9:6, 7). Bir müddətdən sonra ona Mefiboşet haqqında xoşagəlməz xəbər çatdırılır. Peyğəmbər bu məlumatı dəqiqləşdirməmiş onun əlindən bütün mülkün alınması ilə bağlı qərar verir (2 İşm. 16:1—4). Lakin Mefiboşetlə danışanda səhvə yol verdiyini başa düşür və mülkün yarısını yenidən ona qaytarır (2 İşm. 19:24—29). Təbii ki, Davud peyğəmbər natamam məlumat əsasında tez-tələsik qərar verməzdən öncə məsələni ətraflı araşdırsaydı, belə bir haqsızlığa yol verməzdi.
12, 13. a) İsa Məsihə böhtan atılanda o, necə davranırdı? b) Kimsə barəmizdə şayiə yayanda nə edə bilərik?
12 Bəs əgər gəzən şayiələr sizin haqqınızdadırsa, onda necə? Belə bir şey İsa Məsihin və Vəftizçi Yəhyanın başına gəlmişdi. (Mətta 11:18, 19 ayələrini oxuyun.) Haqqında gəzən şayiələrə İsa Məsih necə yanaşırdı? O, bütün vaxtını və gücünü özünə bəraət qazandırmağa sərf etmirdi. Bunun yerinə insanları faktlar əsasında nəticə çıxarmağa, onun etdiklərinə və söylədiklərinə diqqət yetirməyə təşviq edirdi. Bəli, İsanın dediyi kimi, «hikmət əməlləri sayəsində haqlı çıxır» (Mət. 11:19).
13 İsa Məsih bizim üçün gözəl örnəkdir. Bəzən insanlar barəmizdə haqsız ittihamlar irəli sürür, yaxud yalan şayiələr yayır. Bu zaman ədaləti bərpa etmək, adımızı təmizə çıxarmaq üçün bir yol axtara bilərik. Əslində, belə bir yol var. Haqqınızda yalanlar danışılanda elə yaşayın ki, bunun ağ yalan olduğunu hamı görsün. Doğrudan da, İsa Məsihin həyatından göründüyü kimi, məsihiyə xas nümunəvi həyat tərzimiz bizə qarşı sürülən ittihamların yalan olduğunu aşkara çıxara bilər.
ÖZÜNÜZ HAQDA HANSI FİKİRDƏSİNİZ?
14, 15. Öz ağlımıza güvənməyin hansı təhlükəsi var?
14 Gördüyümüz kimi, düzgün nəticə çıxarmaq üçün faktları əldə etmək o qədər də asan deyil. Eyni zamanda, qeyri-kamilliyimiz də buna əngəl ola bilər. Ola bilsin, uzun illərdir Yehovaya sədaqətlə xidmət edirik. Bu illər ərzində daha dərrakəli və bəsirətli olmuşuq. Sağlamdüşüncəli olduğumuza görə çoxları bizə hörmət edir. Bəs bütün bunlar bizim üçün tələyə çevrilə bilər?
15 Bəli, ağlımıza həddindən artıq güvənmək bizim üçün tələ ola bilər. Ehtiyatlı olmasaq, hisslərimiz və baxışlarımız düşüncəmizə hakim kəsiləcək. Bizə elə gələcək ki, bütün faktları bilmədən də vəziyyəti tam anlaya bilərik. Bu, olduqca təhlükəlidir! Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, biz öz ağlımıza güvənməməliyik! (Məs. 3:5, 6; 28:26).
16. Şərti nümunədə hansı hadisə təsvir olunur və Tom tez-tələsik hansı qənaətə gəlir?
16 Bir şərti nümunəyə nəzər salaq. Bir axşam Tom adlı təcrübəli ağsaqqal restoranda belə səhnənin şahidi olur: Con adlı ailəli bir ağsaqqal yad bir qadınla masa arxasında əyləşib. Onlar deyib-gülür, nəvazişlə bir-birini qucaqlayırlar, olduqca mehribandırlar. Kənardan bütün bunları izləyən Tom özünə yer tapa bilmir. O düşünür: «Bu, boşanma ilə nəticələnəcək? Bəs Conun həyat yoldaşının, uşaqlarının axırı necə olacaq?» Tom əvvəllər buna bənzər hadisələrin şahidi olub. Bəs onun yerində siz olsaydınız, nə fikirləşərdiniz?
17. Şərti nümunədə Tom sonradan nəyi öyrənir və bundan hansı dərsi götürə bilərik?
17 Nəticə çıxarmağa tələsməyin. Məgər Tom bütün faktları bilirdi ki, tez-tələsik Conun həyat yoldaşına xəyanət etdiyi qənaətinə gəldi? Həmin gecə Tom Cona zəng edir. Bu qadının Conun doğma bacısı olduğunu öyrənəndə Tomun ürəyi yerinə gəlir. Sən demə, Conun bacısı başqa şəhərdə yaşayırmış, onlar uzun illərdir bir-birini görmürlərmiş. Bacısı bir neçə saatlıq bu şəhərdə olacağı üçün onların yalnız restoranda görüşmək imkanı olub. Conun həyat yoldaşı isə həmin vaxt onlara qoşula bilməyib. Nə yaxşı ki, Tom gəldiyi səhv qənaəti başqaları ilə bölüşməmişdi. Buradan nə öyrənirik? Həqiqət yolunda hər nə qədər təcrübəmiz olsa da, düzgün nəticə çıxarmaq üçün bütün faktları aydınlaşdırmalıyıq.
18. Dindaşımıza qarşı münasibətimiz düşüncəmizə necə təsir edə bilər?
18 Dindaşımızla aramızda mübahisə yaranan zaman da məsələni düzgün dəyərləndirmək çətin ola bilər. Yalnız aramızdakı anlaşılmazlıq barədə düşünsək, dindaşımızın niyyətinə şübhə ilə yanaşacağıq. Belə ki, onun haqda hansısa mənfi məlumat eşitsək, inanmağa meyilli olacağıq. Buradan nə öyrənirik? Bacı-qardaşlarımıza qarşı mənfi hisslərimizin olması onlar haqda yanlış qənaətə gəlməyimizə səbəb ola bilər (1 Tim. 6:4, 5). Buna görə də paxıllıq və qısqanclıq kimi hisslərin ürəyimizdə kök salaraq ağlımızı dumanlandırmasına yol verməməliyik. Bu cür mənfi hisslərə qapılmaq əvəzinə, bacı-qardaşlarımızı ürəkdən sevməli və bağışlamalı olduğumuz barədə düşünməliyik. (Koloslulara 3:12—14 ayələrini oxuyun.)
MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİ BİZİ MÜDAFİƏ EDİR
19, 20. a) Hansı Müqəddəs Kitab prinsipləri məlumatın dəqiqliyini yoxlamağa kömək edir? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
19 Bu gün faktlar əldə etmək və düzgün nəticəyə gəlmək olduqca çətindir. Çünki məlumatların əksəriyyəti ya etibarsız mənbələrdən qaynaqlanır, ya da qismən doğrudur. Üstəlik, biz qeyri-kamilik. Bizə nə kömək edə bilər? Biz Müqəddəs Kitab prinsiplərini bilib tətbiq etməliyik. Bu prinsiplərdən biri odur ki, faktları dinləmədən cavab vermək səfehlik və rəzillikdir (Məs. 18:13). Digər prinsipə əsasən, eşitdiyimiz hər sözə inanmamalıyıq (Məs. 14:15). Və nəhayət, məsihi yolunda nə qədər təcrübəmizin olmasına baxmayaraq, ehtiyatlı olmalıyıq ki, öz ağlımıza güvənməyək (Məs. 3:5, 6). Müqəddəs Kitabdakı prinsiplər bizə məlumatın doğruluğunu dəqiqləşdirməkdə, düzgün nəticəyə gəlməkdə və müdrik qərarlar verməkdə kömək etməklə bizi qoruyur.
20 Amma başqa bir problem də var. Bu, gözümüzlə gördüyümüz şeylər əsasında, yəni səthi mühakimə edərək nəticə çıxarmaq meylidir. Növbəti məqalədə müxtəlif sahələrdə bu səhvə yol verməməyin yolunu öyrənəcəyik.
^ abz. 8 «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2004-cü il buraxılışının 111 və 112-ci səhifələrinə və 2008-ci il buraxılışının 133—135 səhifələrinə (rus.) baxın.