İndidən Allahın Padşahlığının tərəfini tutun!
Təsəvvür edin ki, yaşadığınız ərazidə təbii fəlakət gözlənilir. Hökumət xəbərdarlıq edir: «DƏRHAL ƏRAZİNİ TƏRK EDİN!» Siz nə edərdiniz? Sözsüz ki, təhlükəsiz yerə üz tutardınız.
Əslində, dünya fəlakətin bir addımlığındadır. İsa Məsih bu fəlakəti «böyük müsibət» adlandırmışdı (Mətta 24:21). Bu fəlakət heç birimizdən yan keçməyəcək. Amma biz təhlükədən qorunmaq üçün müəyyən addımlar ata bilərik. Gəlin görək hansı addımları.
İsa Məsih vəz edərkən belə bir göstəriş vermişdi: «Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun» (Mətta 6:33). Bunu necə edə bilərik?
Allahın Padşahlığını hər şeydən üstün tutun. Bu o deməkdir ki, Allahın Padşahlığı bizim üçün hər şeydən vacib olmalıdır (Mətta 6:25, 32, 33). Nəyə görə? Çünki insanlar bəşəriyyətin problemlərini həll etməyə qadir deyillər. Yalnız Allahın Padşahlığı bu mürəkkəb məsələnin öhdəsindən gələ bilər.
Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun. Biz Allahın adil qayda-qanunları ilə yaşamaq üçün var gücümüzlə çalışmalıyıq. Çünki biz nəyin düzgün, nəyin səhv olduğuna özümüz qərar verəndə nəticə acınacaqlı olur (Məsəllər 16:25). Ancaq Allahın qayda-qanunları ilə yaşayanda həm Allaha xoş gedir, həm də özümüz xeyir tapırıq (Əşiya 48:17, 18).
Allahın Padşahlığını və Allahın tələb etdiyi salehliyi hər zaman hər şeydən üstün tutmaq lazımdır. İsa Məsih xəbərdarlıq etmişdi ki, bəzi insanların diqqəti yayınacaq, onlar düşünəcəklər ki, pulları nə qədər çox olsa, gələcəkləri də bir o qədər yaxşı olar. Bir başqaları isə Mətta 6:19—21, 25—32).
özlərini həyatın qayğıları ilə o qədər yükləyirlər ki, Allahın Padşahlığını hər şeydən üstün tutmağa vaxtları qalmır (Lakin İsa Məsih vəd etmişdi ki, Allahın Padşahlığını dəstəkləyənlərin həm indi ehtiyacları ödəniləcək, həm də gələcəkdə sonsuz nemətlər alacaqlar (Mətta 6:33).
Birinci əsrdə İsa Məsihin şagirdləri Allahın Padşahlığını və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutsalar da, ağrı-acıya, əzab-əziyyətə son qoyulduğu dövrü görmədilər. Amma onlar sığınacaq tapdılar. Necə?
Onlar Allahın qanunları ilə yaşayırdılar, bu isə onları Allahın dediklərinə məhəl qoymayan insanların üzləşdiyi çətinliklərdən qoruyurdu. Padşahlığa olan möhkəm iman onlara həyatın ən təlatümlü anlarını da dözümlə qarşılamağa kömək edirdi. Bundan başqa, Allah onlara çətinliklərə tab gətirmək üçün insan gücündən üstün olan güc verirdi (2 Korinflilərə 4:7—9).
PADŞAHLIĞI HƏR ŞEYDƏN ÜSTÜN TUTACAQSINIZ?
Birinci əsrdə yaşayan məsihilər İsa Məsihin Padşahlığı hər şeydən üstün tutmaq əmrinə tabe olurdular. Onlar Allahın Padşahlığı haqqında olan müjdəni hər yerdə təbliğ edirdilər (Koloslulara 1:23). Bəs bu gün bunu kimsə edir?
Bəli! Yehovanın Şahidləri başa düşürlər ki, Allahın Padşahlığının bu şər dünyaya son qoyacağı vaxta çox az qalıb. Buna görə də var gücləri ilə çalışaraq İsa Məsihin əmrini icra edirlər: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).
Bəs siz müjdəyə necə hay verəcəksiniz? Birinci əsrdə Makedoniyanın Veriya şəhərinin sakinləri bu sahədə çox gözəl örnək qoymuşdular. Onlar həvari Bulusdan Padşahlıq haqqında müjdəni eşidəndə xəbəri «böyük həvəslə» qəbul etdilər. Sonra isə eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları diqqətlə araşdırdılar və öyrəndiklərinə uyğun davrandılar (Həvarilərin işləri 17:11, 12).
Siz də bu cür davrana bilərsiniz. Allahın Padşahlığını və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutsanız, indi təhlükəsiz sığınacaq tapacaqsınız, gələcəkdə isə əbədiyyən sülh və əmin-amanlıq içində yaşayacaqsınız.