Duanın köməyi
Pamela ciddi xəstəliyə tutulanda müalicəyə başladı. Amma müalicə ilə yanaşı Allaha dua edib bu çətinliyə dözmək üçün güc də istəyirdi. Bəs dua ona kömək etdi?
Pamela deyir: «Xərçəngdən müalicə aldığım müddətdə tez-tez qorxu keçirirdim. Amma Yehova Allaha dua edəndə qəlbimə rahatlıq çökürdü, qorxu çəkilib gedirdi. Hələ də xroniki ağrılarım var. Amma dua mənə müsbət əhval-ruhiyyəni qorumağa kömək edir. Məndən halımı soruşanda deyirəm: “Canım ağrıyır, amma əhvalım yaxşıdır!”»
Düzdür, bu o demək deyil ki, yalnız həyatımız üçün təhlükə yarananda dua etməliyik. Hər birimiz irili-xırdalı çətinliklərlə üzləşirik və çox vaxt öz gücümüzə onların öhdəsindən gəlmək çətin olur. Məhz bu zaman dua dadımıza çata bilər.
Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22). Bu sözlər insanı çox ruhlandırır. Deməli, dua sizə necə kömək edə bilər? Allaha düzgün dua etsəniz, O sizə çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. (« Duanın gücü» adlı çərçivəyə baxın.)