ÜZ QABIĞINDA | Faciə...
Əzizinizi itirəndə
Braziliyadan olan Ronaldo düşdüyü avtomobil qəzasında atası və anası ilə bir yerdə ailəsinin beş üzvünü itirmişdi. O bölüşür: «Düz iki ay xəstəxanada yatdım. Onların ölüm xəbərini mənə ancaq bundan sonra dedilər.
Heç cürə inana bilmirdim. Necə oldu ki, hamısı birdən öldü? Onların yoxluğunun həqiqətən olduğu mənə çatanda şokda idim. İçimdə elə bir ağrı var idi, həyatım boyu mən belə ağrı çəkməmişdim. Gün keçdikcə fikirləşirdim, onlarsız yaşamağın nə mənası var. Aylarla ağladım, ağlamadığım bir gün belə olmurdu. Özümü qınayırdım ki, axı niyə qoydum maşını başqası sürsün. Özüm sürsəydim, bəlkə, onlara heç nə olmazdı.
Üstündən 16 il keçib. Həyatımı öz yoluna qoya bilmişəm. Amma onların faciəvi şəkildə ölümünün ürəyimdə yaratdığı boşluğu hələ heç nə doldurmayıb».
FACİƏYƏ NECƏ TAB GƏTİRMƏLİ?
Verdiyiniz itkinin gətirdiyi acını yaşayın, içinizdə boğmayın. Allahın Kəlamında deyilir ki, «ağlamağın da vaxtı var» (Vaiz 3:1, 4). Ronaldo deyir: «Hər dəfə qəhər məni boğanda özümü sıxmırdım, ağlayırdım. Biixtiyar axan göz yaşlarını saxlamaq olmur. Ağlayandan sonra xeyli sakitləşirdim». Əlbəttə, hər insan dərdini, ağrısını bir cür yaşayır. Əgər kədərinizi büruzə verə bilmirsinizsə, bu o demək deyil ki, siz hisslərinizi boğursunuz, ya da ki özünüzü ağlamağa məcbur etməlisiniz.
Özünüzü insanlardan təcrid etməyin (Süleymanın məsəlləri 18:1). Ronaldo xatırlayır: «Cəmiyyətdən ayrı qalmaq istəyinin məni yenməyinə yol verməməyə çalışırdım. Evimə gəlib-gedənləri qarşılayır, yola salırdım. Ürəyimi arvadıma və yaxın dostlarıma boşaldırdım».
Ola bilər, kiminsə «bəlkə də, belə məsləhətdir» sözləri sizə pis təsir edir, amma təmkinli olun. Ronaldo deyir: «İnsanların təsəlli üçün dediyi bəzi sözlər mənə əksinə təsir edirdi». Belə sözləri çox ürəyinizə salmayın, əksinə, Allahın Kəlamındakı «adamların dediyi hər sözə məhəl qoyma» məsləhətinə əməl edin (Vaiz 7:21).
Ölülərin vəziyyəti ilə bağlı həqiqəti öyrənin. Ronaldo bölüşür: «Vaiz 9:5 ayəsində deyilir ki, ölülər işgəncə çəkmir. Bu gerçək sözlər mənim ürəyimə toxtaqlıq verdi. Allahın Kəlamında vəd olunur ki, dirilmə olacaq və ölən insanlara yenidən həyat bəxş ediləcək. Mən öz aləmimdə belə fikirləşirəm ki, itirdiyim əzizlərim, sanki, uzaq bir səfərə çıxıblar» (Həvarilərin işləri 24:15).
Bilirsinizmi? Müqəddəs Kitab vəd edir ki, vaxt gələcək Allah «ölümü əbədi olaraq yox edəcək» (Yeşaya 25:8) *.
^ abz. 11 Əlavə məlumat üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslinə baxın. Bu kitabı www.jw.org/az-latn saytında tapa bilərsiniz.