Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA

Yaşamağa dəyərmi?

Yaşamağa dəyərmi?

ƏGƏR Aydanı * tanısaydınız, onun necə ağıllı, mehriban, ünsiyyətcil bir qız olduğunu görərdiniz. Amma bu gözəl simanın arxasında günlərlə, həftələrlə, hətta aylarla dəyərsizlik hissinin ucbatından bitib-tükənən bir insan durur. O deyir: «Ölüm haqda fikirləşmədiyim bir gün belə olmur. İnanıram ki, mən olmasam, dünya daha yaxşı olar».

«Bəzi araşdırmalar göstərir ki, intihar edən hər insana 200 nəfər intihara cəhd göstərən və [bundan başqa] 400 nəfər bunu ağlından keçirən düşür» («THE GAZETTE», MONREAL, KANADA).

Aydan deyir ki, heç vaxt özünü öldürməyəcək. Amma vaxtaşırı olaraq onda belə bir fikir yaranır ki, yaşamaq mənasızdır. O deyir: «Bircə onu istəyirəm ki, ölüm özü gəlib məni tapsın. Ölüm mənim gözümdə düşmən yox, sanki, can dostumdur».

Çox insan Aydanın keçirdiyi hisslərə yaxşı bələddir. Onların arasında ağlından özünə qəsd etmək fikri keçənlər də var, buna cəhd göstərənlər də. Mütəxəssislər diqqət yetirmişlər ki, özünə qəsd etmək istəyən insanların əksəriyyəti yaşamaq istəmədiyi üçün yox, sadəcə çəkdikləri əzaba son qoymaq istədikləri üçün bu işə əl atır. Qısaca desək, onlar inanırlar ki, ölmək üçün əsasları var, yaşamaq üçün isə heç bir səbəb görmürlər; onlara onları yaşadacaq səbəb lazımdır.

Yaşamağa dəyərmi? Həyata davam etməyə əsas verən 3 səbəbə baxın.

^ abz. 3 Ad dəyişdirilib.