ÜZ QABIĞINDAKI MÖVZU
Bu, həqiqətən baş verib?
Eramızın 33-cü ilinin yazında nəsrani İsa edam edildi. Onu qiyam qaldırmaqda şərlədilər, vəhşicəsinə döyərək dirəyə mıxladılar. O, işgəncə çəkərək öldü. Ancaq Allah onu yenidən həyata qaytardı və 40 gündən sonra Öz dərgahına qaldırdı.
Bu tükürpədici hadisə İncildə qələmə alınıb. Bəs bütün bunlar həqiqətən baş verib? Bu, olduqca vacib və ciddi sualdır. Əgər bütün bunlar baş verməyibsə, deməli, məsihi imanı boşdur, Cənnətdə əbədi yaşamaq ümidi isə xülyadır (1 Korinflilərə 15:14). Digər tərəfdən, bütün bunlar baş veribsə, onda bəşəriyyəti parlaq gələcək gözləyir. Bu, sizə də nəsib ola bilər. Bəs İncildə yazılan hadisələr həqiqətdir, yoxsa uydurma?
DƏLİLLƏR NƏYİ GÖSTƏRİR?
Uydurulmuş əfsanələrdən fərqli olaraq, İncildə yazılan hadisələr son dərəcə dəqiq və təfsilatı ilə qeydə alınıb. Məsələn, orada bu gün də ziyarət edə biləcəyimiz çoxlu yer adları var. Həmçinin İncildə real şəxslərdən söhbət açılır. Bu şəxslərin, həqiqətən də, yaşadığını tarixçilərin özləri təsdiq edir (Luka 3:1, 2, 23).
*. Müjdələrdə onun edamı ilə bağlı yazılanlar həmin dövrün Roma cəza üsulları ilə üst-üstə düşür. Üstəlik, hadisələr olduğu kimi və açıq şəkildə qələmə alınıb, hətta bəzi şagirdlərin etdiyi səhvlər də yazılıb (Mətta 26:56; Luka 22:24—26; Yəhya 18:10, 11). Bütün bu amillər təsdiq edir ki, İncili yazanlar İsanın həyatını dürüst və dəqiq şəkildə yazıblar.
Götürək elə İsa peyğəmbərin özünü. Onun haqda birinci və ikinci əsrdə yaşamış yazıçılar da yazmışdıBƏS İSA MƏSİH DİRİLİB?
Demək olar ki, hamı İsa peyğəmbərin yaşadığını və öldüyünü qəbul edir. Amma onun dirildiyinə hər adam inanmır. Hətta həvarilər müəllimlərinin dirildiyini eşidəndə əvvəl-əvvəl inanmamışdılar (Luka 24:11). Ancaq onlar və digər şagirdlər dirilmiş Məsihi ayrı-ayrı yerlərdə görəndə bütün şübhələri aradan qalxdı. Bir dəfə isə onu 500 nəfərdən çox adam görmüşdü (1 Korinflilərə 15:6).
Həbs və ölüm təhlükəsi altında belə, şagirdlər İsa Məsihin dirildiyini hamıya cəsarətlə bəyan edirdilər. Hətta bu barədə Onu edam edənlərə də danışmışdılar (Həvarilərin işləri 4:1—3, 10, 19, 20; 5:27—32). Bu qədər şagird buna əmin olmasaydı, öz həyatını təhlükəyə atıb Məsihin dirilməsini aləmə car çəkərdi? Əslində, o vaxt və indi məsihiliyin bütün dünyaya göstərdiyi təsirin arxasında duran qüvvə İsanın dirilməsinin gerçək olmasıdır.
İncildə Məsihin ölümü və dirilməsi ilə bağlı yazılanlar mötəbər və tarixi mənbələrə xas xüsusiyyətləri özündə daşıyır. Bu hadisələri diqqətlə oxusanız, bunların, həqiqətən də, baş verdiyinə əmin olacaqsınız. Amma İsa Məsihin nəyin naminə öldüyünü biləndə əminliyiniz birə-beş artacaq. Növbəti məqalədə bunun səbəbi izah olunur.
^ abz. 7 Eramızın 55-ci ilində anadan olmuş Tasit bununla bağlı yazmışdı: «Tiberinin hakimiyyəti dövründə Məsih, bu ad [məsihilər] onun adından yaranmışdır, prokuratorlarımızdan biri olan Ponti Pilatın əlindən olmazın əzablar çəkmişdi». Hətta Roma tarixçisi Svetoni (I əsr), yəhudi tarixçi İosif (I əsr) və Bitiniyanın valisi Kiçik Plini (II əsrin əvvəlləri) İsa Məsihdən bəhs etmişdilər.