İsa Məsihin ölümünü anma mərasimi

Cümə axşamı, 2 aprel 2026-cı il

Yehovanın Şahidləri hər il İsa Məsihin ölümünü anırlar. Çünki o buyurmuşdu: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19).

Sizi və ailənizi bu mərasimə dəvət edirik.

Tez-tez verilən suallar

Kimlər bu görüşdə iştirak edə bilər?

Hər kəs dəvətlidir. Ailəniz və dostlarınızla birlikdə bu görüşdə iştirak edə bilərsiniz.

Mərasim nə qədər davam edir?

Təxminən bir saat.

Harada keçiriləcək?

Ərazinizdəki Yehovanın Şahidləri ilə əlaqə saxlayın.

Giriş ödənişlidir və oraya gəlməklə üzərimə hansısa öhdəlik götürürəm?

Xeyr.

Pul yığılır?

Xeyr. Görüşlərimizdə heç vaxt pul yığılmır (Mətta 10:8).

Geyimlə bağlı tələb var?

Xeyr. Bununla belə, Yehovanın Şahidləri hörmət əlaməti olaraq bu müqəddəs tədbirə uyğun geyim seçirlər.

Mərasim necə keçirilir?

Mərasimin əvvəlində və sonunda nəğmə oxunur, eləcə də Yehovanın Şahidi olan bir nəfər dua edir. Həmçinin nitq söylənilir. Nitqdə İsa Məsihin ölümünün əhəmiyyəti vurğulanır və izah edilir ki, Allahın və Məsihin etdiyi yaxşılıqdan biz necə fayda əldə edə bilərik.

Növbəti illərdə anma mərasimi hansı tarixlərdə baş tutacaq?

2026: Cümə axşamı, 2 Aprel

2027: Bazar ertəsi, 22 Mart