31 MART 2025
DÜNYADAN XƏBƏRLƏR
2025-ci il martın 28-i dağılmış binalar; zəlzələ Myanmada (solda) və Tailandda (sağda)
Myanma və Tailandda dağıdıcı zəlzələ baş verib
2025-ci il martın 28-i Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ və onun ardınca olan yeraltı təkanlar Mandalay şəhərində körpüləri, binaları, eləcə də şəhərin içində və ətrafındakı yolları bərbad vəziyyətə salıb. Ölkənin verdiyi hesabata əsasən, 3400 nəfər xəsarət alıb, 1700-dən çox insan həyatını itirib və 300-ə yaxın insan hələ də tapılmayıb.
Mandalaydan 1300 kilometrdən artıq məsafədə yerləşən Banqkok şəhərində (Tailand) zəlzələ nəticəsində çoxmərtəbəli bina çökdü. Nəticədə, 18 nəfər həyatını itirib, 33 nəfər xəsarət alıb və 75 nəfərdən çox Tailandda itkin düşüb.
Növbəti məlumatı yerli qardaşlar təqdim edib.
Bacı-qardaşlara təsiri
Myanma
Bacı-qardaşlarımız arasında ölən yoxdur
2 dindaşımız itkin düşüb
9 dindaşımız xəsarət alıb
142 dindaşımız təxliyə olunub
4 ev dağılıb
32 evə ciddi ziyan dəyib
43 evə cüzi ziyan dəyib
2 ibadət evinə ciddi ziyan dəyib
3 ibadət evinə cüzi ziyan dəyib
Tailand
Bacı-qardaşlarımız arasında ölən yoxdur
2 dindaşımız xəsarət alıb
52 dindaşımız təxliyə olunub
4 evə ciddi ziyan dəyib
69 evə cüzi ziyan dəyib
8 ibadət evinə cüzi ziyan dəyib
Yardım işləri
Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkən dindaşlarımıza ruhani və əməli yardım göstərirlər
Yardım işlərini təşkil etmək üçün Myanmada Zərərçəkənlərə yardım komitəsi təyin olunub
Biz çox təəssüf edirik ki, bu zəlzələ insanların ölümünə və dağıntılara səbəb oldu. Allahın vədini yadda saxlayaraq ağlaşma, fəryad səsinin eşidilməyəcəyi vaxtı səbirsizliklə gözləyirik (Əşiya 65:19).