TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Dəniz nəlbəkisinin dişlərinin quruluşu
Adi dəniz nəlbəkisinin, konusvari çanağı olan su ilbizinin qeyri-adi dərəcədə güclü dişləri var. Onun dişləri sərt mineral hetitdən ibarətdir. Nazik, sıx hetit liflər nisbətən yumşaq zülaldan ibarət bazada yerləşib.
Düşünün: Dəniz nəlbəkisinin radulası, yəni dilə bənzər iynəsinin üstü həlqəvari diş sıraları ilə örtülüb. Hər bir dişin uzunluğu bir millimetrə qədərdir və onlar mişar kimi kəsir. Dişlərin hər biri son dərəcədə möhkəm və bərk olmalıdır ki, dəniz nəlbəkisi qidalanarkən qayaların səthindən yosunları qopara bilsin.
Tədqiqatçılar çox güclü mikroskopdan istifadə edərək dəniz nəlbəkisinin dişlərinin sınana qədər dartma qüvvəsini ölçüblər. Onlar görüblər ki, dişin gücü araşdırılan bütün bioloji materialların gücündən çoxdur. Hətta hörümçəyin torundan da güclüdür. Bir tədqiqatçı demişdi: «Biz nəyisə ixtira edərkən dəniz nəlbəkisinin dişinin quruluşu barədə fikirləşməliyik».
Tədqiqatçılar düşünür ki, dəniz nəlbəkisinin dişinin kimyəvi tərkibinin sintetik versiyasından maşın, gəmi, təyyarə, hətta insan üçün diş düzəldərkən istifadə etmək olar.
Necə fikirləşirsiniz? Dəniz nəlbəkisinin dişlərinin ecazkar quruluşu təkamül nəticəsində yaranıb, yoxsa yaradılış möcüzəsidir?