Kontentə keç

Mündəricatı göstər

Evlilik

Evlilik

Evliliyin təməli nədir?

Məsihi kiminlə evlənməlidir?

Nəyə görə məsihi valideyn vəftiz olunmuş övladının vəftiz olunmamış bir insanla evlənməsini dəstəkləməməlidir?

1Kr 7:39; 2Kr 6:14, 15

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 24:1—4, 7. Yaşlı İbrahim oğlu İshaqa yad allahlara ibadət edən kənanilərdən yox, Yehovanın xidmətçiləri arasından həyat yoldaşı tapmağa qətiyyətli idi

    • Yr 28:1—4. İshaq oğlu Yaquba dedi ki, kənanilərdən yox, dindaşları arasından həyat yoldaşı tapsın

Məsihi olmayanlarla evlənməyə Yehova necə yanaşır?

Qn 7:3, 4

  • Müqəddəs Kitab əhvalatı:

    • 1Pd 11:1—6, 9—11. Süleyman padşah Yehovanın yadelli qadınlarla evlənməklə bağlı əmrinə əməl etmədiyi üçün Yehova ona qəzəbləndi

    • Nə 13:23—27. İsraillilər yadelli qadınlarla evlənəndə həm Yehova, həm də vali Nəhəmya onlara qəzəbləndi; buna görə də Nəhəmya onları tənbeh etdi və düzgün yola yönəltdi

Yehovaya sədaqətlə xidmət edən və yaxşı ad qazanmış insanla evlənmək nəyə görə ağıllı hərəkətdir?

Ms 18:22; 31:10, 28

Həmçinin baxın: Ef 5:28—31, 33

  • Müqəddəs Kitab əhvalatı:

    • 1İş 25:2, 3, 14—17. Nabal varlı-hallı adam idi, amma yoldaşı Abiqayillə çox qəddar, kobud davranırdı

    • Ms 21:9. Düzgün adamla ailə qurmasaq, həm bədbəxt ola bilərik, həm də ailədə sülh olmaya bilər

    • Rm 7:2. Həvari Bulus izah etdi ki, qadın evlənəndə qeyri-kamil kişinin tabeçiliyinə keçir; buna görə də ağıllı qadın gələcək həyat yoldaşını diqqətlə seçir

Evliliyə hazırlıq

Nəyə görə kişi ailəsinin qayğısına qalıb qala bilməyəcəyini evlənməmişdən əvvəl götür-qoy eləməlidir?

1Tm 5:8

  • Müqəddəs Kitab əhvalatı:

    • Ms 24:27. Kişi evlənməmişdən və ata olmamışdan əvvəl iş-güc sahibi olmalıdır ki, ailəsinin qeydinə qala bilsin

Nəyə görə görüşən cütlüklər başqalarından məsləhət almalıdırlar və bir-birlərinin xarici görünüşündən çox xüsusiyyətlərinə diqqət yetirməlidirlər?

Ms 13:10; 1Bt 3:3—6

  • Müqəddəs Kitab əhvalatı:

    • Rt 2:4—7, 10—12. Buəz Rutun işə, eləcə də Naimə ilə münasibətinə nəzər salaraq onu tanımağa çalışdı, həmçinin etibar etdiyi insanların onun haqqında fikirlərini dinlədi və onun Yehovanı sevdiyini gördü

    • Rt 2:8, 9, 20. Rut gördü ki, Buəzin xeyirxah, səxavətli insandır və Yehovanı sevir

Nəyə görə Yehova cütlüklərdən görüşəndə və nişanlı olanda əxlaqi təmizliklərini qorumalarını gözləyir?

Qt 5:19; Kl 3:5; 1Sk 4:4

  • Müqəddəs Kitab əhvalatı:

    • Ms 5:18, 19. Məhəbbəti təzahür etdirən bəzi hərəkətlər yalnız ər-arvadlar arasında məqbul sayılır

    • Nğ 1:2; 2:6. Görüşən zaman çoban və Şulam qızı bir-birlərinə ehtiraslarını əks etdirən natəmiz sözlər yox, məhəbbətlərini əks etdirən təmiz, pak sözlər deyirdilər

    • Nğ 4:12; 8:8—10. Şulam qızı iffətli qaldı və özünə hakim oldu; o, bağlı bağ kimi idi

Nəyə görə rəsmi nikaha daxil olmaq lazımdır?

Ərin rolu

Ərin üzərinə hansı məsuliyyətlər düşür?

Bir başçı kimi məsihi ər kimdən nümunə götürməlidir?

Nəyə görə ər arvadını sevdiyini, onun ehtiyaclarını və keçirdiyi hissləri başa düşdüyünü bəlli etməlidir?

Kl 3:19; 1Bt 3:7

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 21:8—12. Yehova İbrahimə dedi ki, arvadı Saranın sözləri xoşuna gəlməsə də, ona qulaq assın

    • Ms 31:10, 11, 16, 28. Yaxşı arvadı olan müdrik ər yoldaşının hər addımını izləməyəcək, onda səhv axtarmayacaq, əksinə, yoldaşına etibar edəcək və onu tərifləyəcək

    • Ef 5:33. Həvari Bulus qeyd etmişdi ki, arvad ərinin onu sevdiyini hiss etmək istəyir

Qadının rolu

Yehova məsihi qadınlara hansı vacib məsuliyyəti verib?

Arvadın rolu hər məsələdə ikinci dərəcəlidir?

Yr 1:26—28, 31; 2:18

  • Müqəddəs Kitab əhvalatı:

    • Ms 1:8; 1Kr 7:4. Ailə həyatında Yehova qadına həm ana, həm də həyat yoldaşı kimi müəyyən məsuliyyətlər verib

    • 1Kr 11:3. Həvari Bulus izah etmişdi ki, hər birimiz müəyyən mənada Külli-İxtiyar Yehovanın başçılığı altındayıq

    • İb 13:7, 17. Yığıncaqda həm kişilər, həm də qadınlar nəzarətçi təyin edilən qardaşlara tabe olub itaət etməlidirlər

Əri Yehovanın Şahidi olmayan məsihi arvad Yehovanı necə sevindirə bilər?

Nəyə görə məsihi qadın ərinə hörmət etməlidir?

Ef 5:33

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 18:12; 1Bt 3:5, 6. Sara ərinə dərin hörmət bəsləyirdi, onu hətta ürəyində belə özünə «ağa» və ruhani başçı hesab edirdi

Müqəddəs Kitaba əsasən necə arvad tərifə layiqdir?

Ms 19:14; 31:10, 13—31

  • Müqəddəs Kitab əhvalatı:

    • Yr 24:62—67. İshaq anasının ölümündən sonra təsəllini arvadı Rəfəqədə tapdı

    • 1İş 25:14—24, 32—38. Abiqayil Davuda yalvararaq həm axmaq ərinin, həm də ev əhlinin həyatını xilas etdi

    • Əs 4:6—17; 5:1—8; 7:1—6; 8:3—6. Məlikə Əstər iki dəfə həyatını riskə ataraq çağırılmadığı halda padşah olan yoldaşının hüzuruna getdi və Allahın xalqını qorumaq üçün ona yalvardı

Problemləri həll etmək

Ər-arvada aralarındakı problemləri həll etməyə hansı prinsiplər kömək edə bilər?

Ər-arvada pula tarazlı yanaşmağa hansı prinsiplər kömək edə bilər?

Ər-arvada qohumlara, qayınanaya, qayınataya düzgün münasibət bəsləməyə hansı prinsiplər kömək edə bilər?

Ər-arvada cinsi münasibətlərlə bağlı hansı prinsiplər kömək edə bilər?

Fikrini həyat yoldaşının səhvlərinə yox, gözəl xüsusiyyətlərinə cəmləmək nəyə görə vacibdir?

Nəyə görə problemləri məhəbbətlə və dərhal həll etmək qəzəbli və acıqlı davranmaqdan daha yaxşıdır?

Nəyə görə qəzəblənmək, çığır-bağır salmaq, təhqir və zorakılıq etmək məsihilərə yaraşmır?

Hansısa məsələdə sözləri çəp gələndə ərlə arvad nəyə can atmalıdır?

Nikahın təməlində Yehova olanda ailə hansı nemətləri alır?

Evliliklə bağlı prinsiplər

Müqəddəs Kitabda cinsi münasibətlər və evlilik haqda nə deyilir?

Məsihilər çoxarvadlılığa necə yanaşmalıdır?

Biz haradan bilirik ki, evlilik kişi və qadın arasında olmalıdır?

Ərlə arvad nəyə görə birlikdə yaşamalıdır?

Müqəddəs Kitaba əsasən məsihi hansı yeganə səbəbə görə boşana bilər?

Yehova əsassız səbəbə görə boşanmağa necə yanaşır?

Həyat yoldaşı vəfat edəndən sonra insan yenidən evlənə bilər?