Allahı yaxından tanıyaq
Çoxları Allaha inandığını deyir. Amma Allah haqqında danışanda hərə bir şey deyir. Bəziləri Allahın sərt bir hakim olduğunu, insanları günahlarına görə cəzalandırdığını düşünür. Digərləri üçün O, hər bir günaha göz yuman, bağışlayan Allahdır. Bir başqaları inanır ki, Allah insanlardan uzaqdır və insanlarla qətiyyən maraqlanmır. Bu cür ziddiyyətli fikirlər ucbatından insanlarda belə təəssürat yarana bilər ki, Allahı yaxından tanımaq mümkün deyil.
Allahı tanımaq vacibdirmi? Bəli. Allahı yaxından tanımaq həyatınızı zənginləşdirəcək, ona məna qatacaq (Həvarilərin işləri 17:26—28). Siz Allaha yaxınlaşdıqca Onun sizə məhəbbəti artacaq, sizə daha çox kömək olacaq (Yaqub 4:8). Ən əsası isə Allah haqqında dəqiq bilik insana əbədi həyat bəxş edə bilər (Yəhya 17:3).
Allahı yaxından necə tanıya bilərik? Yaxşı tanıdığınız yaxın dostunuz haqqında düşünün. Necə olub ki, dostlaşmısınız? Yəqin onun adını, xasiyyətini, nədən xoşu gəlib-gəlmədiyini, nələr etdiyini, gələcəkdə nələr etməyi planlaşdırdığını və sairə kimi şeyləri öyrənmisiniz. Onun haqqında öyrəndikləriniz sizi həmin insana yaxınlaşdırıb.
Eləcə də, növbəti sualları araşdırmaqla Allahı yaxından tanıya bilərik:
Bu jurnalda bu sualların Müqəddəs Kitaba əsasən cavabını tapa bilərsiniz. Bu məqalələri oxuyanda həm Allahı yaxından tanıyacaq, həm də Onunla yaxın münasibətin sizə hansı faydaları gətirəcəyini öyrənəcəksiniz.