ÖLKƏLƏR VƏ XALQLAR
Hondurasa səyahət
HONDURAS sözünün mənası ispanca «dərinlik» deməkdir. Görünür, Xristofor Kolumb bu ərazinin Atlantik okeanının sahilboyu sularını təsvir etmək üçün bu sözü istifadə etmişdi. Bəzilərinin fikrincə, ölkə məhz buna görə Honduras adlandırılıb.
Honduraslılar ailədəki sədaqətə və əməkdaşlığa böyük önəm verirlər. Məsələn, pulların xərclənməsi və uşaqların təhsili kimi vacib qərarları ərlə arvad birlikdə verir.
Honduras əhalisinin çoxu avropalılarla yerli əhalinin qarışığı olan metislərdir. Qarışığı olmayan yerli xalqlar da var, məsələn, çortilər. Qarifuna kimi digər əsil honduraslılar isə öz əcdadlarının qalıqlarıdır.
Qarifunalılar afrikalılardan və Sent-Vinsent adalarında yaşamış Karib hindilərindən əmələ gəliblər. Təxminən 1797-ci ildə qarifunalılar İslas-de-la-Baiyaya (Baiya adaları) köçüb gəlmişlər. Sonradan
onlar Mərkəzi Amerikanın Karib dənizinin sahili boyu məskunlaşmışlar. Oradan onlar yavaş-yavaş Mərkəzi və Şimali Amerikanın digər ərazilərinə yayılmağa başlamışlar.Qarifunalılar möhkəm ağacdan düzəldilmiş nağaranın müşayiəti ilə şux rəqslər etməyi xoşlayırlar. Onların mədəniyyətinə həmçinin al-əlvan rəngli milli geyimlər, nağılbazlıq və ereba (maniok bitkisinin kökündən hazırlanan böyük nazik pirojna kimi milli yeməklər xasdır.
Hondurasda Yehovanın Şahidlərinin təxminən 400 yığıncağı var. İbadət görüşləri Çin Mandarin, Honduras jest dili, ingilis, ispan, Qarifuna və miskito dillərində keçirilir.